"Zoi" (ing. Zoe) — 2018-ci ildə çıxarılmış və Dreyk Doremusun rejissorluğu ilə çəkilmiş ABŞ romantik elmi-fantastika filmidir. Filmdə Yuen MakQreqor, Lea Seydu, Teo Zeyms, Kristina Agilera, Rəşidə Cons və başqa aktyorlar rol almışlar.
Zoi | |
---|---|
ing. Zoe | |
Janr | elmi-fantastika filmi, fantastika filmi |
Rejissor | Dreyk Doremus |
Prodüserlər |
Dreyk Doremus Riçard Georq Maykl A. Pruss |
Ssenari müəllifi | Riçard Qrinberq |
Baş rollarda |
Yuen MakQreqor Lea Seydu Teo Ceyms Miranda Otto Rəşidə Cons Kristina Agilera Metyu Qrey Qabler |
Operator | Con Guleserian |
Bəstəkar | Den Romer |
İstehsalçılar |
Global Road Entertainment Scott Free Productions Distribütor: Amazon Studios |
Distribütor | Amazon MGM Studios[d], Netflix |
İlk baxış tarixi |
21 aprel 2018 (Tribeka Film Festivalı) 20 iyul 2018 (ABŞ) |
Müddət | 104 dəq. |
Gəlir | 278.492 $[1] |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2018 |
IMDb | ID6010628 |
Filmin premyerası 21 aprel 2018-ci ildə Tribeka Film Festivalında baş tutmuşdur. 20 iyul 2018-ci ildə film, Amazon Studios tərəfindən izləyicilərə təqdim edilmişdir.
Gələcəkdə alim olan Zoi (Lea Seydu) və Koul (Yuen MakQreqor) inqlabi tədqiqatlar laboratoriyasında bir yerdə çalışan alimlərdilər. Zoi cütlüklərin münasibətinin nə qədər uğurlu və davamlı olacağını əvvəlcədən müəyyənləşdirən sistem üzərində işləyir. Koul isə sintetiklər (adama bənzər robotlar) yaradan departamentin aparıcı dizayneridir. Onun işləri sayəsində xarici görünüş baxımından insandan tamamilə fərqlənməyən robotlar yaradılır. Kolun son kəşfləri isə yaratdığı robotlardan biri olan Eşə (Teo Ceyms) həm də insan kimi hiss etmək və sevmək bacarığı verir.
Kol Eşi ideal sevgi partnyoru kimi planlaşdırıb. Belə sintetiklərin gələcəkdə tənha insanların problemini aradan qaldırmaq, insanları ayrılığın yaratdığı ağrılardan xilas etmək üçün istifadə edilməsi nəzərdə tutulur. Birlikdə işlədikləri müddətdə Zoi və Koul arasında simpatiya yaranır. Eyni zamanda Eş də aşiq olur. Onlar insanın yoxsa sintetikin hisslərinin gerçək olmasını müəyyənləşdirməyə çalışırlar.
19 avqust 2016-cı ildə Çarli Hannem və Lea Seydunun rejissor Dreyk Doremusun əvvəl də Emmi mükafatı almış "Daxili gözəllik" adlı veb-serial üzərində birlikdə çalışdıqları Riç Qrinberqin ssenarisi əsasında çəkəcəyi romantik elmi-fantastika filmində rol alacaqları elan edilir.[2] 25 oktyabr 2016-cı ildə Stüart Fordun "IM Global" adlı şirkətinin Zoi adlı filmin maliyyələşdirilməsini tamamilə öhdəsinə götürməsi, Scott Free Productiondan Maykl Prussun isə Dreyk Doremus və Robert Georqla birlikdə filmə prodüserlik etmələri məlum olur.[3] 2017-ci ilin mayında Yuen MakQreqor baş rollardan birində Çarli Hannemi əvəz edir, Teo Zeyms, Kristina Agilera, Rəşidə Cons, Miranda Otto və Metyu Qrey Qabler ikinci plan aktyor heyətinə qatılır, 8 may 2017-ci ildə isə Monrealda filmin çəkilişlərinə başlanılır.[4]
Filmin premyerası 21 aprel 2018-ci ildə Tribeka Film Festivalında keçirilmişdir.[5][6] Premyeradan sonra Amazon Studios filmin ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, İtaliya, Avstraliya və Yeni Zellandiyada distribütorluq haqqlarını almışdır.[7] Netflix isə filmin Yaponiya[8] və Benilüks[9] ölkələrində distribütorluq haqqlarını almışdır. Film, 20 iyul 2018-ci ildə çıxarılmışdır.[10]
Rəy aqqreqatoru Rotten Tomatoesda film, on tənqidçinin rəyi əsasında 30% təravətli 4.2/10 ortalama reytinq almışdır.[11] Metacriticdə isə yeddi tənqidçinin "qarışıq və orta rəy"i əsasında film, 44/100 bal almışdır.[12]