WITCH

witch1

n 1. cadugər, sehrbaz; küpəgirən / cadugər qan; əcinnə; ~ es’ trials cadugərlər üzərində məhkəmə prosesi; 2. arx. axa həkimi, türkəçarəçi; 3. d.d. ovsunçu qadın; afət; dilrüba

witch2

v şair. sehrlənmək, ovsunlamaq; məftun / valeh etmək

WIT
WITCH-DOCTOR
OBASTAN VİKİ
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.
The Witcher
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/ Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub. The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır. İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.