WORD-PAINTING

n obrazlı təsvir

WORD-ORDER
WORD-PLAY
OBASTAN VİKİ
Microsoft Word
Microsoft Word – mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir (Notepad, WordPad və s.) Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir. Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün "Start" düyməsi basılır və "Programs" menyusundan Microsoft Word seçilir. Mətn redaktorlarının görünüşləri təxminən eynidir. Yəni bu proqramların əsas hissələri mətn daxil edilən ərazi və menyulardır. Menyulardan əlavə alətlər paneli və xətkeş də mövcuddur. Alətlər panelindəki düymələr əsasən menyularda olan əməliyyatları daha rahat işə salmaq üçün istifadə olunur. MS Word proqramının düymələri yerinə yetirdikləri əməliyyatlara görə qruplara bölünüb panellərə düzülüblər.