Google Workspace
Google Workspace — bulud hesablamaları, məhsuldarlıq və əməkdaşlıq alətləri, proqram təminatı və "Google" tərəfindən hazırlanmış və bazara çıxarılan məhsulların toplusu. O, "Gmail", "Contacts", "Calendar", "Meet" və "Chat" kimi ünsiyyət vasitələrini özündə birləşdirir. Həmçinin, burada işçilərin cəlb edilməsi üçün "Currents", yaddaşda saxlama üçün "Drive" və məzmun yaratmaq üçün "Google Docs Editors" dəsti var. İstifadəçiləri və xidmətləri idarə etmək üçün idarəetmə paneli ilə təmin edilmişdir. Buraxılışdan asılı olaraq "Google Workspace" rəqəmsal interaktiv lövhə "Jamboard" və "Voice" telefoniya xidməti kimi əlavələri almaq seçimini də əhatə edə bilər. Təhsil xarakterli buraxılış olan "Google Classroom" öyrənmə platforması rolunu oynayır, "Workspace for Education" adını daşıyır.
Bu xidmətlərin əksəriyyəti ödənişsiz "Google" (Gmail) hesablarından istifadə edən istehlakçılar üçün heç bir ödəniş tələb olunmadan fərdi olaraq əlçatan olsa da, "Google Workspace" domendə fərdi e-poçt ünvanları (məsələn, @yourcompany.com) kimi müəssisə funksiyalarını əlavə edir. Bu, limitsiz disk yaddaşı, əlavə inzibati alətlər və təkmil parametrlər, həmçinin 24/7 telefon və e-poçt dəstəyi seçimidir.
Verilənlər və məlumatlar "Google"un məlumat mərkəzlərində birbaşa saxlanılır və sonra ehtiyat kopya məqsədləri üçün digər məlumat mərkəzlərinə sinxronlaşdırılır. Ödənişsiz xidmətlərdən fərqli olaraq, ödənişli xidmətlərdən istifadə edərkən reklamlar olmur, "Google Workspace" hesablarındakı məlumatlar reklam məqsədləri üçün istifadə edilmir.