Xəttabilər
Xəttabilər — "Cifr elmi"nin qurucusu Ebul-Xəttab əl-Əsədi tərəfindən qurulan və ilk dəfə hülul inancının İslama gətirilməsində vəsilə olmuş Qulat-i Şiə məzhəbidir.
Bütün haramları halal qəbul etmək fikri olan İbahilik əqidəsinin yayılmasına xidmət etmək üçün ilk dəfə Abdullah ibn Səba tərəfindən irəli sürülən "Əlinin ilahilik prinsipi" "Allahın Əlinin simasında təcəlli etdiyi hüluliyə inancı" üzərində qurulan və sonralar Baziğiyyə, Muammariyyə, Umeyriyyə, Mufaddaliyyə və Muhammisə təriqətlərinin əsaslarını meydana gətirən Xəttabiyyə məzhəbinə görə, Allah ilk dəfə İslam peyğəmbəri Məhəmməd Mustafaya (s.a.v) gəlir. O, Məhəmməd peyğəmbərin simasında təcəlli edir və daha sonra altı böyük imam Əli əl-Mürtəza, Həsən əl-Müctəba, Hüseyn Seyyid əl-Şühəda, Əli Zeynəlabidin, Məhəmməd Baqir, Cəfər Sadiq və nəhayət Əbül-Xəttab əl-Əsədinin vücuduna hülul etmişdir.
Əbül-Xəttab əl-Əsədi məzhəbinin ideyaları sonradan ortaya çıxan "Batiniyyə" və "İsmailiyyə" məzhəblərinin inanclarına da güclü təsir göstərmişdir. Əbül-Həttab əl-Əsədinin sonuncu peyğəmbər olduğuna inanan tərəfdarları tərəfindən qurulan "Həttəbiyətül-Mütlakə" təriqətinə görə, "Əbul-Həttab əl-Əsədi" sonuncu imamdır. Üstəlik ondan sonra heç bir peyğəmbər və ya imam olmayacaqdır. Hüluliyyə və Əlinin ilahiliyi bütün Qulat-i Şiə məzhəblərində, İbahiyyə inancı isə "Xarici" və "Şiə-i Batiniyyə" məzhəblərinin əksər qollarında mövcuddur.