xalı-xalçalı

xalı-xalçalı
xalı-xalça
xalıçı
OBASTAN VİKİ
Xalı
Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub, çox vaxt dəst halında toxunur. Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu. Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.
Xalı kənd
Xalı kənd — Yelizavetpol quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Xalı kənd qışlağı Çaykənd kəndinin yaxınlığında yerləşmişdir. Tarixən kənd olmuş, sonradan sakinləri Çaykəndə köçmüşdür. 1926-cı ildə burada 5 nəfər azərbaycanlı yaşamışdır. Toponim «sahibsiz, yiyəsiz, tutulmamış, boş» mənasında işlənən xali (Azərbaycan dilinin qərb dialektində «xalı» formasında «əkilən torpaq sahəsinin əkilməmiş hissəsi» mənasında işlənir) sözü ilə, kənd çoğrafi nomeninin birləşməsi əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.