Xamralı

Çörək növünün adıdır. Kök + şəkilçi modeli (xamra + lı) əsasında formalaşmışdır. Dialekt və şivələrimizdə “xamra” sözü də işlənir. Bu leksik vahid Qərbi Azərbaycanın Çəmbərək, Dərələyəz, Vedi, Zəngibasar şivələrində “xəmir mayası” mənasını bildirir. “Xamra” Qazax dialektində, Ağdam, Cəbrayıl, Daşkəsən, Füzuli, Gədəbəy, Göygöl, Tərtər, Tovuz, Gürcüstanın Borçalı şivələrində də eyni mənanı ifadə edir. Xamralı xəmir mayası qatılaraq bişirilən çörək növüdür. Bu söz “xəmir mayası qatılaraq sacda bişirilən çörək növü” mənasında Qərbi Azərbaycanın Çəmbərək, Dərələyəz, Vedi şivələrində işlənir. (10, 182) “Xamralı” Qazax dialektində, Ağcabədi, Ağdam, Ağdərə, Cəbrayıl, Gədəbəy, Goranboy, Göyçay, Tovuz, Gürcüstanın Bolnisi, Borçalı şivələrində işlənir və “xəmirinə maya vurulmuş və sacda bişirilən qalın çörək” mənasını bildirir. (11, 215) “Xamralı” sözü Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrinin əksəriyyətində “təxminən 2 sm hündürlüyündə, sacda bişirilən çörək” mənasını bildirir: -Xamralıyı gəti, bozartmıynan yeək. (26, 244)
Xama
Xan kababı

Значение слова в других словарях