Xemosintez
Xemosintez — avtotrof canlılar qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir.
Avtotrof qidalanmanın 2 forması var.
Fototrof qidalanma-fotosintezedici canlılar tərəfindən həyata keçirilir. Bu zaman o canlılar Günəş enerjisindən istifadə edərək qeyri üzvi maddədən üzvi maddə istehsal edirlər. Və bu zaman üzvi maddə əmələ gəlkməklə eyni zamanda təbiətə sərbəst halda oksigen buraxılır. Canlıların normal inkişafı- tənəffüsü üçün bu prosesin əhəmiyyəti böyükdür. Fotosintez prosesi əksəriyyət yaşıl bitkilərdə, bəzi bakteriyalarda və bəzi heyvanlarda var.
Xemotrof qidalanma isə xemosintezedici canlılar tərəfindən həyata keçirilir. Xemosintez edici canlılara bakteriyalar aiddir. Onların bəziləri də qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edə bilirlər.