XİONOSFER

(yun. Chion-qar və sphaira-şar, təbəqə) atmosferin daima qar və buz olan təbəqəsinə deyilir.. X. Yer kürəsini tam təbəqə şəklində əhatə etmir. X.-in alt sərhədi, sülb halda düşən yağıntının gəliri ilə çıxarı bərabər olduğu sərhəd, yəni qar xətti hesab olunur. X.-in üst sərhədini görmək mümkün deyil, çünki o, ən hündür dağlardan da yüksəkdir, onu ancaq təsəvvür etmək olar. X.-in üst sərhədi elə bir yüksək-likdədir ki, orada da atmosferin sülb yağıntısının balansı sıfra bərabərdir, yəni orada qar o qədər az düşür ki, günəşin radiasiyası onu dərhal əridir və buxarlandırır. Antraktida ətrafında X-in aşağı sərhədi dəniz səthinə yaxınlaşır. X terminini məşhur rus təbiətşünası, akademik S.V.Kolesnik elmə gətirərək əsaslandırmışdır.
XƏZRİ
İDİOTERM SU HÖVZƏSİ
OBASTAN VİKİ
Xionosfer
Xionosfer (rus. хионосфера, ing. chionosphere) — yun. chion-qar və sphaira – kürə troposferin sülb atmosfer çöküntüləri balansı müsbət olan qatını göstərmək üçün, şərti anlayış X. alt sərhəddinin yer səthinə çatıb-çatmamasından asılı olmayaraq.

Значение слова в других словарях