xonçavari
xondriosomlar
OBASTAN VİKİ
Xondriosom
Mitoxondri (yun. μίτος (mitos) — sap, tel və χόνδρος (xondrion) – dən, dənəvər) — forması əsasən oval, dəyirmi, çöp, və ya tel şəkilli olur, ancaq nadir hallarda mürəkkəb quruluşlu qantelşəkilli, fincanşəkillilərə rast gəlinir. Uzunluğu 1-10 mikrometr, eni isə 0,25-1,00 mikrometr ölçüsündə olur. Biologiyaya dair ədəbiyyatlarda onun kəşf olunması haqda müxtəlif fikirlər mövcuddur. Belə ki, N.Qrin, U.Staut, D.Teyler (1980) göstərdilər ki, mitoxondrini ilk dəfə əzələ hüceyrəsində Mixaelis 1850-ci ildə görmüş və tənəffüs prosesində xüsusi rolunu qeyd etmişdir. A. Lenincer (1966) qeyd edir ki, mitoxondrini 1894-cü ildə R.Altman görmüş, bioplast, 1897-ci ildə isə Benda mitoxondri adlandırmışdır. Bəzi, ədəbiyatlarda isə, bu orqanoidin kəşfi tarixi 1890-ci il, başqa birində isə 1898-ci il göstərilir. Hanşı ildə kəşf olunmasına baxmayaraq, bu orqanoidə bütün eukariot hüceyrələrdə rast gəlinir. Ancaq bakteriya, göy-yaşıl yosunların hüceyrələrində, eləcə də onurğalı heyvanların eritrosit hüceyrələrində olmur. Mitoxondrilərin əsas funksiyası universal enerji mənbəyi olan ATF sintez etməkdir.