Xordalılar
Xordalılar (lat. Chordata) — heyvanlar aləminə aid heyvan tipi.
Xordalılar 500 milyon il bundan əvvəl əmələ gəlib. Xordalıların qədimliyinə və müxtəlifliyinə baxmayaraq onları birləşdirən ümumilik var:
Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna ox skelet və ya xorda da deyilir.
Bu sütunun üstündə boru formalı mərkəzi sinir sistemi yerləşir.
Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə qurtarır. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanlarında sıra ilə düzülmüş qəlsəmə yarıqları var.