Xrizantema yarpağı (cizgi filmi, 1989)
Müəlliflər həyatın mənası, məhəbbət və ölüm haqqında söhbət açan bu kino əsərini lakonik, emosional ekspressiv bədii vasitələrlə yaratmışlar. Burada fikir, təsvir və səs bütöv bir informasiya axınına çevrilir. Lakin bu informasiya düşünməkdən daha çox hiss etmək, həyəcan keçirmək, həmdərd olmaq üçündür...
Film üç misralı yapon şerinin motivləri əsasında çəkilmişdir.
Animasiya filmində ənənəvi yapon musiqisindən istifadə olunmuşdur.
Ssenari müəllifi: Arif Məhərrəmov
Kinorejissor: Yelena Qolubeva
Quruluşçu rəssamlar: Yelena Qolubeva, Arif Məhərrəmov
Kinooperator: Antonina Korotnitskaya
Səs operatoru: Kamal Seyidov
Cizgi rəssamları: Viktor Arsentyev, Yelena Qolubeva, Bəhmən Əliyev, Vahid Talıbov
Rəssamlar: A.Əliyev, Y.Bekker, Tamilla Əsgərova, İ.Kojokina, A.Bəşirov, Lalə Məmmədova, Ruhsanə Topçuyeva, Firəngiz Quliyeva, Xuraman Əkbərova
Rejissor assistenti: Sima Qurbanova
Rəssam assistenti: Dilarə Balaxanova
Montaj edən: Nisə Hacıyeva
Redaktor: Çingiz Qaryağdı
Filmin direktoru: Faiq Abdullayev
Şeirlərin tərcüməsi: Vera Markova
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.