Xıtab
Məhdud arealda işlənən bu leksik vahid Culfa şivəsində “balqabaq, soğan və pencərdən hazırlana xörək” mənasında işlənir: Xıtab içini çox acı eləmişdi. (1, 414)
Təbriz mətbəxində xıtabın hazırlanma qaydası belədir: xörək xəmirini yayırlar, sonra girdə-girdə kəsib ortasına qovrulmuş souzu, ət, ispənah, keşniş, şüyüd və soğan yayıb xəmiri qatlayıb yağ içində qovururlar. (28, 309)