XƏZƏRLƏR

ист. хазары (конгломерат народность в основном тюркских в низовьях волги)
XƏZƏR
XƏZİNƏ
OBASTAN VİKİ
Xəzərlər
Xəzərlər (ivr. ‏כוזרים‏‎ (kuzarim), ərəb. خزر‎ (xazar), yun. Χαζαροι (xazaroy), q.rus Козаре, lat. Gazari, Cosri) – əsasən Şimali Qafqazda və Volqaboyu ərazidə yayılmış, bir çox türk mənşəli xalqların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk tayfalarından biri. == Tarixi == Müxtəlif tarixlərdə xatırlanan xəzər boyları haqqındakı məlumatlar min ildən artıq bir dövrü əhatə edir və belə böyük zaman kəsiyində onların yayıldığı ərazilərin zaman-zaman dəyişdiyini nəzərə almayan bəzi Orta əsr salnaməçiləri və son iki əsrdə xəzər məsələsi ilə məşğul olan bəzi alimlər müəyən yanlış fikirlər söyləmişlər. Hətta, vaxtilə ayrı-ayrı alimlər xəzər boylarını abxaz, gürcü, erməni (hay), osetin, fin, rus və başqa xalqlara aid etmişlər, ancaq xəzər problemi dərindən öyrənildikcə tarixi gerçəklikdən uzaq olan belə fikirlər gündəlikdən çıxmışdır, lakin xəzərlərin türk olması artıq şübhə doğurmasa da, onların hansı türk dialektində danışması və ilkin yurdu barədə mübahisələr hələ də davam edir. Xəzər dövləti güclü olduğu dönəmlərdə onun hüdudları indiki adları ilə desək, qərbdə Azov dənizi, Krım və Dnepr çayı, şimalda Kiyev, Kazan şəhəri, şərqdə Volqa çayının şərq sahilləri, cənubda Dağıstan və Qafqaz dağları idi. Bəzi dövrlərdə isə cənubda Azərbaycanın bir çox bölgəsi də Xəzər dövlətinə tabe olmuşdur. Başqa-başqa etnik tərkibli əhalidən ibarət olan belə böyük əraziləri əsrlərlə nəzarət altında saxlamaq olduqca çətin idi, lakin xəzərlərin hərbi manevr bacarığı o qədər qüvvətli idi ki, tabeliyində olmayan xalqlardan da xərac alırdı.

Значение слова в других словарях

бле́яние да́вленый запа́рник застона́ть кали́точка киноаппара́т ко́нсул многополя́рность соотве́тственно со товаропроводя́щий фолк-музыка́нт хвалёный эспри́ запря́жка перекуса́ться уёму нет fangless metastable postmeridian refueller sanitary engineering weight clock вышивальщица оборвать спай