Yamblik
Yámblix (q.yun. Ἰάμβλιχος; 245/280 — 325/330) — antik dövrün neoplatonçu filosofu, Porfiriusun öyrəncisi, Apameyada yerləşən neoplatonçuluğun Suriya məktəbinin yaradıcısı. Onun əsli Suriyanın Xalkida şəhərindən idi, Romada təhsil almış, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs deyirdi. Bir sıra kitabların müəllifi idi.
Yamblix Plotinin davamçısı olaraq onun Vahid-Əql-Ruh üçlüyü haqqında monistik təlimini bir qədər fərqli şəkildə təsəvvür edirdi. Məsələn o, Vahidi ikiyə bölmüşdür. Plotində olduğu kimi, Birinci Vahid hər bir varlıqdan daha ucadır. İkincisi isə özündən sonra gələn hər şeyin başlanğıcıdır. Yamblix burada Vahid-Əql və Vahid-çoxluq arasında keçid mərhələsini qurmuşdur. Bu bölgünü ona görə etmişdir ki, bir tərəfdən hər şeyin başlanğıcı olan Tanrı sonsuz olaraq uzaqlarda təsəvvür edilir.