Günahkar
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur.
İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.