yardar
yardım
OBASTAN VİKİ
Yardarlıq
Yardarlıq — torpaq icarəsi forması; torpaq mülkiyyətçisinə icarə haqqı məhsulla ödənilir. Xırda kənd təsərrüfatı istehsalçılarının, əsasən, kapitalizməqədərki və zəif inkişaf etmiş kapitalist istismarı formasını xarakterizə edir. Kapitalist istehsal münasibətlərinin yaranması şəraitində yardarlıq feodal torpaq icarəsindən kapitalist torpaq icarəsinə keçid forması idi. Yardarlıq feodalizm qalığı kimi bir sıra inkişaf etmiş kapitalist ölkəsində (ABŞ, İtaliya, İspaniya) hələ də qalmaqdadır. Şərqin bir çox ölkəsində (məsələn, Hindistanda) yardarlıq icarə münasibətləri formaları arasında mühüm yer tutur. Oktyabr inqilabından əvvəl Azərbaycanda yardarlıq yarımicma formasında mövcud olmuşdur. Јардарлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.

Значение слова в других словарях