Val Conson hadisəsi
Val Conson hadisəsi (ing. Val Johnson incident) — ABŞ-nin Minnesota ştatının Marşall qraflığında işləyən şerif müavini Val Consonun 1979-cu ildə uçan naməlum obyektlə qarşılaşması iddiasına verilən ad.
== Hadisə ==
Conson verdiyi raportda bildirmişdir ki, 27 avqust 1979-cu il tarixində Minnesota ştatının Stiven şəhəri yaxınlıqlarında patrul çəkirdi. O, saat 02:00 radələrində yolunda üzərində işıq şüası görür. Bu işıq şüası ona doğru sürətlənir, onun avtomobili işığa bürünür və o, şüşənin qırılması səsini eşidir. Conson demişdir ki, o, 39 dəqiqə hüşunu itirmişdi. Hüşunu geri alan zaman o, qol saatının və avtomobil saatının 14 dəqiqə geridə olduğunu görür. Avtomobilin külək şüşəsi parça-parça olub, bir avtomobil fənəri və fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş qırmızı işıq zərər görmüş, avtomobilin radio antenni əyilmişdir. Consonun yardım çağırışına cavab verən polis işçiləri onun avtomobilinin yolun üzərində, yanakı vəziyyətdə olduğunu görmüşdür. Conson bu hadisə əzilmiş və göz qıcıqlanması yaşamışdır.