Yavaşca Şahin Paşa
Yavaşca Şahin Paşa (ö. sentyabr 1465) — II Mehmed səltənətində xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.
== Həyatı ==
Əsli və doğum tarixi barədə məlumat yoxdur. Dərya bəylərindən olub, Konstantinopolun fəthi əsnasında Süleyman bəy və Həmzə bəy idarəsindəki donanmada iştirak etmişdir. Fəthin ardından vəfat edən Süleyman bəyin yerinə 1458-ci ildə kaptan-ı dərya təyin olundu. Bu vəzifədə ikən 1465-ci ilin sentyabrında vəfat etdi. Cənazəsi Uzunçarşı (Əminönü) məhəlləsində inşa etdirdiyi məscidin həyətinə dəfn edildi.
== Mənbə ==
Sicill-i Osmani V, səh.