yaxındangörmə 2021

yaxındangörmə
yaxından
yaxıngörən
OBASTAN VİKİ
Miopiya (yaxındangörmə)
Miopiya (yaxındangörmə) — uzağı aydın görə bilməmək problemidir. Büllur fokuslana bilmədikdə, məsafədə olan obyektləri görmək çətin olur, lakin yaxınlıqda olan obyektləri aydın şəkildə görmək olur. Miopiya görmə qüsurlarından ən geniş yayılanlardan biridir, adətən məktəb yaşlarında özünü göstərir və yetkinlik yaşına qədər artır. Miopiya gözün şüa sındırma qüvvəsinin (refraksiya) qüsuru olub, təsvirin gözün kökündə, torlu qişada deyil, onun önündə fokuslanması ilə xarakterizə edilir. Miopiya zamanı insan uzaq məsafədə yerləşən əşyaları aydın şəkildə seçə bilmir, yaxını isə əksinə, yaxşı görür. Belə şəxslərdə göz yorğunluğu, baş ağrıları, qaranlıqda görmənin pozulması müşahidə edilir. Diaqnostika prosesində vizometriya (görmənin yoxlanması), skiaskopiya, refraktometriya, oftalmoskopiya, biomikroskopiya, gözün ultrasəs müayinəsi aparılır. Miopiyalı pasiyentlərə mənfi göstəricili, səpici linzalarla eynək və ya kontakt linzalar təyin olunur. Yaxından görmənin cərrahi üsullarla (lensektomiya, fakik linzaların implantasiyası, radial keratotomiya, keratoplastika, kollagenoplastika) və ya Eksimer lazer cərrahiyyəsinin (LASEK, FRK və s.) köməyilə korreksiyası mümkündür.