yezidilər

yezidilər
yezidi
yezidlik
OBASTAN VİKİ
Yezidilər
Yezidilər (ərəb. يَزِيدِيَّةٌ‎; fars. یَزِیدِیَانْ ‎; kürd. یَزِیدِیَانْ) — əsas hissəsi kurmanc dilində danışan etnik-dini toplum. Yezidilərin inandığı din dini ədəbiyyatlarda yəzdanizm formasında adlandırılır. Yezidilərin tarixi vətəni Assuriya dövlətinin paytaxtı olan Nineviya şəhəri hesab olunur. Bu gün Yezidi icması kompakt şəkildə İraqın şimal hissəsində, Suriya, Gürcüstan, Ermənistan və Rusiya kimi ölkələrdə yaşamaqdadır. XX əsrin ikinci yarısından etibarən Almaniyaya əmək miqrasiyası edən 50 minlik Yezidi toplumu isə Avropada ən böyük Yezidi icmasını təşkil edir. Ermənistan, Gürcüstan, İran, İraq, Suriya və Türkiyə kimi bölgələrdə camaat halında yaşayan yezidilərin toplam sayı 800.000 civarında olduğu təxmin edilir. Bəzi elmi yöndən irəli sürülən iddialar etnik yezidilərin sayının daha çox olduğu, bunların böyük bir qisminin sonradan müsəlmanlaşdırılması yönündədir.[mənbə göstərin] Bununla yanaşı Almaniya və İsveç kimi Avropa ölkələrində də yezidi icmaları mövcuddur.

Значение слова в других словарях