Yumurtalıq
Yumurtalıq (lat. ovarium) — cüt üzvlərdən olub kiçik çanaq, uşaqlığın yan tərəflərində, enli bağın arxasında yerləşmişdir. Həddi-büluğa çatmışlarda bunun şəkli yastılaşmış ellipsoidə bənzəyir. Uzunluğu 3,0–5,0 sm, eni 1,5–3,0 sm, qalınlığı0,7–1,5 sm və çəkisi5,0–8,0 qram olur. Əksər hallarda sağ yumurtalıq sol yumurtalıqdan böyük olur. Xarici səthi zəif qabarıq, rəngi çəhrayı və ağımtıldır.
Yumurtalığın bayır və içəri səthi (lat. facies lateralis et medialis), çıxıq azad kənarı — lat. margo liber və düz çöz (müsariqə) kənarı — lat. margo mesovaricus, yuxarı bor ucu — lat.