Çirkli pulların yuyulması
Çirkli pulların yuyulması — qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır.
Bu zaman pul vəsaitləri nağd puldan qeyri-nağd (bank) pula və əksinə qeyri-nağd puldan (bank hesabı) nağd pula çevrilə bilər.
== Ümumi məlumat ==
Bu elə bir prosesdir ki, onun nəticəsində cinayət yolu ilə əldə edilmiş ("çirkli") vəsaitlər qanuni ("təmiz") kimi görünməyə başlanır.
Pulların yuyulması əməli bir cinayətdir və bu əmələ görə Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur.
Cinayətkarlarda, bir qayda olaraq, yalnız iri məbləğdə vəsaitlərin yuyulmasında ehtiyac yaranır. Bununla belə, bu cür əməlin cinayət sayılmasında yuyulan vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır.
Çirkli pulları qanuni kimi görünməsini təmin etmək və ya ən azından çirkli pulların mənbəyini gizlətmək məqsədilə cinayətkarlar müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu cür üsul və vasitələrdən maliyyə və qeyri-maliyyə, ələlxüsus da bank sektorunda istifadə olunur.
Pulların yuyulmasına qarşı mübarizə bir neçə məqsədlə aparılır.