ZÜLHİCCƏ

həcc mərasiminin keçirildiyi müsəlman təqviminin on ikinci ayıdır. Bu ayın ilk on günü müqəddəs sayılır. Rəvayətlərə görə bu günlərin birində tutulan oruc savabına görə bir illik oruca bərabərdir. Ancaq həcc ziyarətində olan zəvvarlar Zilhiccə ayının ilk on günündə öz güclərini qoruyub saxlamaq üçün oruc tutmaya da bilərlər. Bu ayın onuncu günündə Qurban bayramı qeyd edilir. Zülhiccənin səkkizinci günü “Tərviyyə”, doqquzuncu günü “Ərəfə”, bayramdan sonrakı üç gün isə “Təşriq” adlanır.
ZÜLEYXA
ZÜLKİFL

Значение слова в других словарях