Faten Hamama
Faten Hamama (ərəb. فاتن حمامة), əsl adı — Faten Əhməd Hamama (ərəb. فاتن احمد حمامة), (27 may 1931, Əl-Mənsura, Misir — 17 yanvar 2015) — Misir aktyoru
Faten Hamama 27 may 1931-ci ildə Misirdə doğulmuşdur.
Hamama ötən əsrin 50-70-ci illərində olduqca yüksək populyarlığa malik idi. 10 yaşından etibarən kinoya çəkilən aktrisa 100-dən çox ekran əsərində rol alıb. Misirin ən tanınmış rejissorları ilə işləyib.
1955-ci ildə misirli aktyor Ömər Şəriflə evlənən aktrisa 20 il onunla ailə həyatı sürüb və daha sonra boşanıb.
Karyerasında son filmə 1993-cü ildə çəkilən aktrisa bir sıra Amerika və Avropa istehsalı filmlərdə də rol alıb.
Aktrisa eyni zamanda "Qızıl qlobus" mükafatının sahibidir.
Ərəb aktrisa Faten Hamama 17 yanvar 2015-ci ildə Misirdə 83 yaşında vəfat edib.