Zeitung

die; -, -en qəzet
Zeitumstände
Zeitungsabonnement
OBASTAN VİKİ
Neue Rheinische Zeitung
"Yeni Reyn Qəzeti" (alm. Neue Rheinische Zeitung‎) — Kölndə çıxan gündəlik qəzet. 1848-ci il iyunun 1-dən 1849-cu il mayın 19-dək Karl Marksın redaktorluğu ilə Kölndə çıxan gündəlik qəzetdir. Redaksiyanın tərkibinə F. Engels, V. Volf, G. Veyert, F. Volf, E. Dronke, F. Freyliqrat və H. Bürgers daxil idilər. Demokratiyanın proletar cinahının mübarizə orqanı olan qəzet xalq kütlələrinin tərbiyəçisi rolunu oynayır, onları əksinqilaba qarşı mübarizəyə qaldırırdı. Almaniya və Avropa inqilablarının ən mühüm məsələlərində qəzetin mövqeyini müəyyən edən baş məqalələr bir qayda olaraq Marks və Engels tərəfindən yazılırdı. 1849-cu ilin mayında əks-inqilabıb ümumi hücumu şəraitində Prussiya hökuməti Marksın Prussiya təbəəliyi almamasından istifadə edərək, onu Prussiyadan sürgün etmək haqqında əmr verdi. Marksın sürgün edilməsi və "Yeni Reyn Qəzeti"nin digər redaktorlarına qarşı cəza tədbirləri görülməsi qəzetin nəşrinin dayandırılmasına səbəb oldu. Qəzetin qırmızı rənglə çap edilmiş axırıncı, 301-ci nömrəsi 1849-cu il mayın 19-da çıxdı.