ZİKA

is. tib. □ Zika virusu // zika qızdırması – bu virusa yoluxmuş hamilə qadınlarda mikrosifaliyalı (inkişafdan qalmış kəllə sümüyü və beyin) uşaqlar doğulur. Zika virusu Cənubi Amerika dövlətlərində əmələ gəlmişdir.
ZƏRBƏ-DALĞALI
ZİREHSİZLƏR
OBASTAN VİKİ
Zika virusu
Zika virusu — 1947-ci ildə müəyyən edilib. Onun daşıyıcısı "Aedes aegypti" adlı ağcaqanad növləridir. Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər. Əlamətləri sırasına yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir. Hazırda dünyanın 21 ölkəsində bu virusun qeydə alındığı bildirilir. Latın Amerikası ölkələrinin hökumətləri virusun yayılmasının qarşısını almaq üçün mübarizəyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq.