Zinn

das; -(e)s qalay
Zinker
Zinne
OBASTAN VİKİ
Hovard Zinn
Hovard Zinn (24 avqust 1922[…], Bruklin, Nyu-York ştatı – 27 yanvar 2010[…], Santa-Monika, Kaliforniya, ABŞ) — amerikalı tarixçi, yazıçı, dramaturq və sosial aktivist. 1964–1988 illərdə Boston Universitetində siyasi elmlər üzrə professor işləməmişdən əvvəl və işlədiyi ərəfədə o, ən təsiredici və ABŞ-də bestseller olan "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"nin (A People’s History of the United States) də daxil olduğu iyirmidən çox kitab yazmışdır. Zinn davamlı olaraq Birləşmiş Ştatlardakı fəhlə hərəkatı tarixi, vətəndaş hüquqları və müharibə əleyhinə olan hərəkatlar tarixi barədə yazmışdır. Onun memuarı olan "Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən" (You Can’t be Neutral on a Moving Train) 2004-cü ildə Zinnin həyat və fəaliyyətini özündə əks etdirən sənədli filmin başlığıdır. Hovard Zinnin "A Young People's History of the United States" kitabı azərbaycan dilinə "Başla Kitab" tərəfindən tərcümə edilmişdir. Zinn, 1922-ci il avqust ayının 24-də Bruklində dünyaya göz açmışdır. Atası Eddie Zinn Avstriya-Macarıstan imperiyasında doğulmuş və Birinci dünya müharibəsinin başlamasından əvvəl qardaşı Samuel ilə birgə Birləşmiş Ştatlara köçmüşdür. Hovardın anası Cenni (Rabinovitz) Zinn Şərqi Sibirdə yerləşən İrkutsk şəhərindən ABŞ-yə immiqrasiya etmişdir. Hər iki valideyn tanış olduqları və evləndikləri zaman çox aşağı təhsil səviyyəli fabrik işçiləri idi və uşaqlarını böyütdükləri mənzildə heç bir kitab və ya jurnal yox idi. Zinn’in valideynləri Çarlz Dikkensin 20 cilddə toplanmış əsərlərini almaq üçün New York Posta hər bir əsər üçün 10 sent və bir kupon göndərərək oğullarını ədəbiyyatla tanış etdi.
Ageratina zinniifolia
Ageratina zinniifolia (lat. Ageratina zinniifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Zinnia
Bu cins Qettingen Tibb Universitetinin professoru İ.Q.Zinnin şərəfinə adlandırılmışdır.Cinsin Mərkəzi və Cənubi Amerikada bitən 15 növü vardır.Növlərdən bəzilərini açıq şəraitdə yetişdirirlər.Hazırda gülçülükdə yabanı növlərdən istifadə olunmur.Formalar,növarası hibridlər və sortlar yetişdirilir.Gülçülükdə gözəl zinniya (Z.elegans) çox geniş yayılmışdır.Bu bitkinin respublikamızda müxtəlif mədəni formaları və hibridləri vardır.Bütün növlər hündürlüyü,çiçəkləmə müddəti və hamaşçiçəklərin forması ilə fərqlənən qruplara bölünür.Z.elegans növünün aşağıdakı formaları məlumdur: georginçiçəkli,nəhəng kaktusçiçəkli,pumilya,skabiozaçiçəkli,superkaktusçiçəkli və fruvunder.Zinniya mart-may aylarında toxumla çoxaldılır.Böyüyən cücərtiləri şitil edib torflu dibçəklərə köçürürlər.Toxumlar əsas və iki yan zoğlarda yerləşir. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Zinniya

Zinnur Uraksin
Zinnur Uraksin (başq. Ураҡсин Зиннур Ғәзиз улы; 5 noyabr 1935 – 3 mart 2007, Ufa, Başqurdıstan, Rusiya) — Sovet və rus dilçi-türkoloq, yazıçı, ictimai xadim. Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki (1991), filologiya elmləri doktoru (1976), professor (1983). 1956-cı ildən Fedorovski rayonunun Saitovskaya kəndində ibtidai məktəbində, 1957-ci ildən Orenburq vilayətinin Allaberdin 7 illik məktəbində dərs demişdir. 1958-1959-cu illərdə Zarya Kommunizma qəzetinin (Orenburq vilayətinin Tyulqan kəndində) şöbə müdiri idi. 1963-cü ildə Başqırd Dövlət Universitetini bitirdikdən sonra Rusiya Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləyir. 1968-ci ilin iyulundan baş elmi işçi, dekabrdan sektor müdiri, 1977-ci ildən direktor müavini, 1988-ci ildən direktor, 2002-ci ildən şöbə müdiri, 2005-ci ildən baş elmi işçi işləyir. 1966-cı ildə Talmas Qaripovun rəhbərliyi altında "Müasir başqırd ədəbi dilində frazeoloji sinonimlər" namizədlik dissertasiyasını, 1975-ci ildə "Başqırd dilinin frazeologiyası" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda 1992-ci ildən Humanitar Elmlər Bölməsinin akademik-katibi, 1996-2005-ci illərdə Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti olur. 1993-1998-ci illərdə Elmi Redaksiya Şurasının sədri və Başqırd Ensiklopediyasının baş redaktoru, 1994-2004-cü illərdə Başqırdıstan Respublikası Prezident Şurasının üzvü, 1995-2002-ci illərdə Başqırdların Ümumdünya Qurultayının (Konqresinin) İcraiyyə Komitəsinin sədr müavini.
İrek Zinnurov
İrek Haydaroviç Zinnurov (11 yanvar 1969, Yakutsk) — Rusiya idmançısı və siyasətçisi. Su polosu üzrə ikiqat Olimpiya medalçısı (2000, 2004). Dünya və Avropa çempionatlarının mükafatçısı. Rusiyanın əməkdar idman ustası. VII çağırış Rusiya Federasiyası Dövlət Dumasının deputatı. MDB üzrə komitənin üzvü. «Vahid Rusiya» fraksiyasının üzvü . 8 nömrəli Kazan Uşaq-gənclər idman məktəbinin yetirməsidir. İrekin ilk məşqiçisi V. Qoryunov olmuşdur. Simferapol dövlət universitetini bitirmişdir (1992).