Zyangiya
Zyangiya (vyet. Gia Nghĩa) — Vyetnamda şəhər, Daknonq vilayətinin paytaxtı. Şəhər statusu hökumətin 27 iyun 2005-ci il tarixli 82/2005/NĐ-CP fərmanı ilə verilmişdir. Hoşimindən 253 km və Buonmetxuot şəhərindən 120 km məsafədə yerləşir.
1975-ci ilə qədər Zyangiya Cənubi Vyetnamda Kuandık vilayətinin bir hissəsi idi. Sonradan Daknonq vilayəti yaradılmışdır.
2005-ci ildə Zyangiya hökumətin 82/2005/NĐ-CP fərmanı ilə birinci dərəcəli inzibati vahid statusu almışdır.