Quşların yaşama yerləri
Dünyada 9000 növə qədər quş məlumdur. Onların ərazidə yerləşməsi ətraf mühit şəraitindən asılıdır. Yaşama şəraiti müxtəlif olan yerlərdə quş da çoxdur. Məsələn, Azərbaycanın ərazisi Rusiyanın ərazisinin cüzi bir hissəsi qədərdir. Lakin Rusiyada olan quş növlərinin yarıya qədəri Azərbaycan faunasına da daxildir. Bunlar yaşama yerinə görə bir sıra qrupa ayrılırlar. Ağaclıq və kolluq quşları; açıqlıq sahə quşları; sahil quşları; su quşları; sinantrop quşlar.
İlk quşlar meşədə əmələ gəliblər. Ona görə də təbiidir ki, ağaclıq və kolluq quşları çoxdur. Bu qrupa daxil olan quşların həyatı ağac və kol bitkiləri ilə bağlıdır.