Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur.
Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər:
- Çırtı, çırtı!
Sağdakı uşaqlar cavab verirlər:
- Can çırtı!
Soldakı uşaqlar deyirlər:
- Bizim çırtı sizin çırtıya yalan dedi.
Sağdakı uşaqlar deyirlər:
- Kimin saqqalına yaraşır?
Soldakı uşaqlar deyirlər:
-Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.