Çəhmə
Bu söz Culfa və İrəvan şivələrində iki mənada işlənir: 1) yarma və ərişdədən bişirilən xörək; 2) südlü aş. Eyni mənada Qərbi Azərbaycanın Çəmbərək, Əştərək, Karvansaray, Kalinino şivələrində də işlənir. “Çəhmə” sözü Ağdam, Goranboy, Tərtər, Tovuz, Zəngilan şivələrində, Gəncə, Ordubad dialektlərində “çəkmə” fonetik formasında “xörək adı” mənasında işlənir. (11, 93);
-Yarmanı ərişdənin gözinə qatırıq, çəhmə bişirrıx. (Culfa); -Büyün Vəliyildə bir yaxşı çəhmə yidik. (İrəvan) (1, 443)