Çəkicbaşlı köpək balığı
Çəkicbaşlı köpəkbalığı (akula) - başları yan tərəflərə (sağa və sola) uzanmış köpək balığı növü. Kəllələrinin quruluşundan digər növlərdən asanlıqla ayırd edilə bilir. Əsasən çox dərin olmayan isti sularda rast gəlinir. İlin isti vaxtlarında soyuq sularda da rast gəlinə bilir.
Çəkicbaşlı köpəkbalıqlarının rəngi açıq bozdan yaşılımtıl rəngə qədər dəyişir. Digər köpəkbalıqlarına nisbətən kiçik ağıza sahibdir. Balıqlardan fərqli olaraq heç bir köpəkbalığı növündə, eləcə də çəkicbaşlı köpəkbalığının bədəni pulcuqlar yoxdur, hamardır. Belində və yanlarında (sağda və solda) olmaqla 3 böyük üzgəci və növündən asılı olaraq bir neçə kiçik üzgəci var. .
Əsas dayaq sistemini sümüklər deyil, qığırdaq təşkil etdiyindən fosillərində, əsasən, dişlər tapılır.
Çəkicbaşlı köpəkbalıqları gündüz sürü şəklində, gecələr isə tək ovlanırlar.