çərələ-çərələ
çərəlmə
OBASTAN VİKİ
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Çərəli (Qubadlı)
Çərəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Toponimikası == Çərəli kəndi dağlıq ərazidə yerləşir. Çərəli toponimi ərazinin quraq olduğu üçün çərə, çöl mənası ilə uzlaşdırılır.Yaşayış məntəqəsini Sofulu tayfalarına mənsub ailələr Çərəli adlı ərazidə salmışlar.Sofululular keçmişdə yayı indiki Ermənistanın Qarakilsə rayonunda,qışı isə Qarabağda keçirirdilər.Sonralar onların oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. Etnotoponimdir. Qazax rayonunun İkinci Şıxlı kəndində çərəlilər nəsli yaşayır.Ağstafa rayonunun Sadıxlı kəndində Çərəlinin dəyirmanı adlı mikrotoponim qeydə alınmışdır.Cənubi Azərbaycanda da eyniadlı kənd mövcuddur. == Coğrafiyası və iqlimi == Çərəli kəndi dağlıq ərazidə yerləşir. İqlimi əsasən quraqdır. Tütünçülük, maldarlıq təsərrüfatı inkişaf etmişdir.
Çərəli (Sərab)
Çərəli (fars. چرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (47 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Əbərqan kəndistanında, Sərab şəhərindən 11,5 km qərbdədir.
Çərəli (Təbriz)
Çərəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Səriskənd qəsəbəsindən 12 km şimaldadır.
Çərəlilər
Çərəlilər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. 2009-cu il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır. == Tarixi == Çərəlilər Bərdə rayonunun Mollalı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini Qubadlı rayonunun Çərəli kəndindən gəlmiş ailələrin saldığı haqqında məlumat verilir. Etnotoponimdir.