üzümlük
üzündən
OBASTAN VİKİ
Üzümyarpaq ağəsmə
Üzümyarpaq ağəsmə (lat. Clematis vitalba) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avropadır. == Botaniki təsviri == Yarpaqları uzun saplaqda yerləşib, birqat lələkvari, adətən 2 cüt və 1 tək yarpaq yerləşmiş qısa saplaqlı hissələri; yumurtaşəkillidir, qaidı hissəsi az ürəkşəkillidir, tam kənarlı, iri dişlidir və yaxud düzgün olmayan hissəyə bölünmüşdür, əsasən damarlar boyunca tüklüdür. Çiçəkləri mürəkkəb qalxanvari qoltuq çiçək qrupunda toplanmış və çoxsaylıdır. Çiçək yanlığının yarpaqcıqlarının uzunluğu 1 sm-ə qədər olub, ağ və yaxud sarımtıl rəngli, uzunsov, küt, hər iki tərəfdən sıx ağ keçə-tüklüdür. Toxumlarının uzun lələkli-tüklü sütuncuğu vardır. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir. == Ekologiyası == Əsasən meşənin aşağı hissələrində, aşağı dağ qurşağı meşələrində, kolluqlarda, çəpərlərin dibində və çay sahillərində rast gəlinir. == Azərbaycanda yayılması == Azərbaycanda Samur-Şabran ovalığında, Böyük Qafqazın şərqində və qərbində, Qubada, Alazan-Əyriçay ərazilərində yayılmışdır.
Üzümyarpaq ağәsmә