üçqulaqlı
üçqütblü
OBASTAN VİKİ
Üçqurşaqlı zirehli
Üçqurşaqlı zirehli (lat. Tolypeutes tricinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Braziliyada yayılmış endemik bir zirehli növüdür. Braziliyada tatu-bola kimi tanınır . Bir top kimi yuvarlana bilən iki növ zirehlidən biridir. Son 10 ildə fərdlərin sayı 30% azalıb. Üçqurşaqlı zirehlilər əsasən açıq savannalarda və seyrək meşələrdə yaşayır. == Qidalanması == Əsas qida mənbəyi qarışqa və termitlərdir. Burunu yerə sıxaraq ov axtarır. Şikarını tapdıqda, bir çuxur qazmağa başlayır.
Üçqurşaqlı zirehlilər
Üçqurşaqlı zirehlilər (lat. Tolypeutes) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Cənubi Amerikada açıq və yarı açıq yaşayış yerlərində yaşayırlar. Bütün zirehlilər yalnız üç qurşaqlı zirehlərinə güvənir. Bir yırtıcı tərəfindən hücum edildikdə, bu heyvanlar möhkəm bir top formasında bükülür. Digər zirehlil növləri çoxlu sərt qabıqları səbəbindən bu formada bükülə bilmirlər.