ÜÇTƏKƏRLİ
ÜÇTƏPƏLİ
OBASTAN VİKİ
Üçtəpə
Azərbaycanda Üçtəpə (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Üçtəpə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. İranda Üçtəpə (Üskü) Üçtəpə (İcrud) Üçtəpə (Bukan) — Üçtəpə (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Üçtəpə-i Qala (Qoşaçay) — Üçtəpə-i Kürd (Qoşaçay) — Dağlar Üçtəpə — Abşeron yarımadasının qərb hissəsində yüksəklik. Hündürlüyü 277 m. Üçtəpə — Xanlar rayonu ərazisində dağ. Üçtəpə — Qax rayonu ərazisində dağ. Hündürlüyü 2780 m. Üçtəpə — Qarabağ silsiləsinin mərkəzi hissəsinde zirvə. Xocalı və Laçın rayonları sərhədindədir.
Üçtəpə (Ağcabədi)
Üçtəpə — Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Üçtəpə kurqanları olan ərazidədir. Miladdan öncə X-IX əsrlərə aid yaşayış yeri olan Üçtəpə Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Üçtəpə kurqanları olan ərazidə qeydə alınmışdır. Burada aparılmış arxeoloji qazıntılar zamanı Üçtəpədən yarımköçərilərə məxsus olan qazma tipli ev qalıqları, təsərrüfat quyuları, ocaq qalığı, saxsı qablar(cam, xeyrə, bardaq, küp və s.), daşdan (dəndaşı, sürtgəc, həvənglər və s.), obsidian və çaxmaqdaşından (bıçaq, ərşin, ox ucu, və s.), metal, sümük və s.-dən alətlər aşkar edilib. Üçtəpədən üzəri şirli daş üzük, balıqqulağı və s.-də tapılmışdır. Bu əşyalar yerli əhalinin Yaxın Şərq ölkələri ilə əlaqəsini göstərir. Üçtəpə oronimi üç və təpə sözlərindən ibarətdir. Bu yuksəkliklər üç ayrı-ayrı təpədən ibarət olduğu üçün toponim belə adlanmışdır. müsbət relyef forması bildirən təpə coğrafi termininin iştirakı ilə Azərbaycan oronimiyasında 4000-dən çox oroqrafik obyekt qeydə alınıb. Üçtəpə coğrafi adına Abşeron, Cəlilabad, Xanlar, Ordubad və başqa rayonlarımızın da ərazisində rast gəlirik. Bu kurqan-təpə Salmanbəyli kəndinin 400 metrliyində yerləşir.
Üçtəpə (Bukan)
Üçtəpə (fars. اوچ تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.716 nəfər yaşayır (328 ailə).
Üçtəpə (Cəlilabad)
Üçtəpə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Təzəkənd kənd inzibati ərazi dairəsinə verilmişdir. Üçtəpə oyk., sadə. Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi keçmişdə alar tayfasının qışlaq yeri olmuş, XIX əsrin axırlarında kəndə çevrilmişdir. Qışlağın adı oradakı iiç təpənin varlığı ilə bağlı yaranmışdır; Göygöl r-nunun Quşqara i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindodir. Kənd yaxınlığındakı Üçtəpə dağının adı ilə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6021 nəfər əhali yaşayır.
Üçtəpə (Göygöl)
Üçtəpə — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.İctimai nəqliyyat ~ Üçtəpə kəndinin ərazisində Gəncə şəhərindən gələn 31və15 nömrəli mikroavtobuslar hərəkət edir.Kəndin mərkəzi küçəsi(Ucar məhərrəmov)Gəncə şəhəri və Bakı-Qazax magistral yolu istiqamətindədir. Üçtəpə oyk., sadə. Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi keçmişdə alar tayfasının qışlaq yeri olmuş, XIX əsrin axırlarında kəndə çevrilmişdir. Qışlağın adı oradakı iiç təpənin varlığı ilə bağlı yaranmışdır; Göygöl r-nunun Quşqara i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Kənd yaxınlığındakı Üçtəpə dağının adı ilə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2364 nəfər əhali yaşayır.
Üçtəpə (Tuzxurmatu)
Üçtəpə — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Üçtəpə (Üskü)
Üçtəpə (fars. اوچ تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (17 ailə).
Üçtəpə (İcrud)
Üçtəpə (fars. اوچ تپه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 705 nəfər yaşayır (184 ailə).
Üçtəpə bələdiyyəsi
Üçtəpə bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə. Üçtəpə bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Üçtəpə kurqanları
Üçtəpə kurqanları - Mil düzündə ilk tunc dövrünə aid arxeoloji abidə. Мil düzündə Üçtəpə adlı yerdə üç böyük kurqan aşkar olunmuşdur. Bu kurqanların biri 1960-cı ildə A.A.İessen tərəfindən tədqiq edilmişdir. Bu kurqanların ən böyüyünün hündürlüyü 17 m-dir. A.A.İessenin tədqiq etdiyi ən kiçik kurqanın hündürlüyü 13 m, diametri 130 m- dir. Açıq rəngli torpaq kurqanının altında, 12,8 m dərinlikdə, diametri 25m, hündürlüyü 2 m olan daş təpəyə rast gəlinmişdir. Ondan aşağıdakı qamış döşəmənin altından torpaq qəbir aşkar olunmuşdur. Qəbirin uzunluğu 13,8 m, eni 1,5 m, dərinliyi 2,6 m-dir. Qəbirin örtüyü yanğından qaralmış iki sıra ağac tirdən ibarətdir. Örtülmüş sahənin uzunluğu 24 m, eni 7,5- 8 m- dir.
Üçtəpə bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Üçtəpə bələdiyyəsi (Göygöl)
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Üçtəpə palçıq vulkanı
Üçtəpə palçıq vulkanı — Müşfiqabad qəsəbəsindən qərbdə, Qaraheybət ərazisində yerləşir. Palçıq vulkanının sahəsində otuza qədər salza mövcuddur. Bu salzalardan, əsasən, duzlu su, lil və qaz çıxır. Elman Yusifov. Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri - Bakı: Nurlar NPM, 2007.
Üçtəpə-i Kürd (Qoşaçay)
Üçtəpə-i Kürd (fars. اوچ تپه كرد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,338 nəfər yaşayır (367 ailə).
Üçtəpə-i Qala (Qoşaçay)
Üçtəpə-i Qala (fars. اوچ تپه قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,298 nəfər yaşayır (345 ailə).
Şəhrək-i Üçtəpə-i Kürd (Qoşaçay)
Şəhrək-i Üçtəpə-i Kürd (fars. شهرك اوچ تپه كرد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (71 ailə).

Значение слова в других словарях