ÜŞR

müsəlmanların əkindən yığdıqları məhsulun onda biri həcmində verdikləri vergidir. Daha çox bu vergi dənli məhsullardan verilirdi. Onun vacibliyi Quran ayələrində (6: 141) və hədislərdə təsbit edilmişdir. Üşr müharibələrdə müsəlmanların ələ keçirdikləri torpaqlarda yetişdirilən məhsuldan da verilirdi.
ÜSEYD İBN HÜDEYR
ÜZEYR
OBASTAN VİKİ
Üşr
Üşr (ərəb. ondabir) – orta əsrlərdə müsəlman dövlətlərində mövcud olmuş natural vergi. Şəriətə əsasən kənd təsərrüfatı, heyvandarlıq, balıqçılıq, neft məhsulları, duz və i.a. istehsalı məhsullarının 1/10-i həcmində toplanılırdı. Azərbaycanda dəhyek, salariyə, ondabir və i.a. adlarla da məlum olmuşdur. U. XIX yüzilliyin ikinci yarısında aradan çıxmışdır. Ü. Əlcəzairdə 1918-ci, Türkiyədə 1925-ci, Tunisdə 1935-ci ildə ləğv edilmişdir. O, Səudiyyə Ərəbistanı və bir sıra başqa müsəlman ölkələrində indi də mövcuddur.

Значение слова в других словарях