Şarlama şəlaləsi
Şarlama şəlaləsi — Başqırdıstan Respublikasının Dövləkən rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə.
Şəlalənin hündürlüyü 12 metrdir. Yay ayları su sərfiyyatı azaldığından çşəlalə demək olar ki yoxa çıxır.
Asılıkul gölündən 4 km aralıda yerləşir (Başqırdıstanın ən böyük gölüdür.)
Şarlama şəlaləsi təbiət parkı ərazisində yerləşir.
Vikianbarda Şarlama ilə əlaqəli mediafayllar var.