ŞİRBİT

сущ. зоол. усач (речная рыба из сем. карповых)
ŞİRAZİ
ŞİRÇƏKƏN
OBASTAN VİKİ
Şirbit
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Şirbit (Əhər)
Şirbit (fars. شيربيت‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (28 ailə).
Kür şirbiti
Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.
Terek şirbiti
Terek şirbiti (lat. Barbus ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü. Orta saylıdır. Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur. Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Xəzər şirbiti
Xəzər şirbiti (lat. Luciobarbus brachycephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. Dənizin cənub və qərb hissələrində yayılmışdır və adətən sahilə yaxın 13-24 m dərinliklərdə yaşayır. Keçici balıqdır, çoxalmaq üçün Kür, Səfidrud, Lənkəran, Qorqan, həmçinin Terek çaylarına girir. Xəzər şirbitinin kürü vermək üçün çaya girməsi ildə 2 dəfə yaz və yay-payız aylarında müşahidə olunur. Kütləvi çaya girmə yazda (martda) suda temperatur 6,7-11°C olduqda başlayır və aprelin sonunadək davam edir. Yay mövsümündə isə suyun temperaturu 25,2 - 27,2°C olduqda baş verir. Küləkli havalar, xüsusən dənizdən əsən küləklər, balıqların çaya girməsini sürətləndirir. Xəzər şirbiti iri balıqdır, ovlanmış balıqlar içərisində 10-15 kq ağırlığında fərdlərə rast gəlmək olur, lakin kütləsi 2-6 kq olanlar çoxluq təşkil edir. Xəzər şirbiti ləng böyüyən və gec cinsi yetişkənliyə çatan balıqdır: dişilər 7-9 yaşında, erkəklər isə dişilərdən 1-2 il tez cinsi yetişkənliyə çatır.

Значение слова в других словарях