ŞİVƏRƏK
ŞLÜZ
OBASTAN VİKİ
Avqust Şleyxer
Avqust Şleyxer (alm. August Schleicher‎; 19 fevral 1821 — 6 dekabr 1868) — Almaniya dilçisi. == Həyatı == == Yaradıcılığı == A.Şleyxer (1821-1868) "Hind-Avropa dillərinin müqayisəli qrammatikası kompendiumu" (1861-1862) əsəri ilə müqayisəli-tarixi metodun böyük bir dövrünə yekun vuraraq "ulu dil" nəzəriyyəsini yaratmışdır. Lakin A.Şleyxerə qədər də bu barədə müəyyən fikirlər söylənmişdi: "...XVIII əsrin sonunda Vilyam Cons sanskrit, yunan, latın, qot, kelt və qədim fars dillərinin artıq mövcud olmayan bir mənbədən törəməsi fikrini irəli sürmüşdü. F.Bopp əvvəllər Hind-Avropa dillərinin sanskritdən, yaxud onunla ümumi olan bir "atadan" törəməsi fikrini deyirdisə, sonralar bu dillər arasında yalnız "qardaşlıq münasibətləri" olmasından danışırdı. F.Şlegel sanskrit dilinin ilkin olması, bütün Hind-Avropa dillərinin ondan törəməsi ideyasını irəli sürürdü". A.Şleyxer bunlardan fərqli olaraq, Hind-Avropa dillərinin ilk təsnifini vermiş, dillərin şəcərəsi nəzəriyyəsini yaratmış, qohum dillərin bir "ulu dil"dən – kök dildən əmələ gəldiyini və sonrakı dillərin həmin ulu dilin nəsilləri, budaqları olduğunu göstərmiş, fikirlərini "Şleyxer ağacı" deyilən bir ağac şəklində təsvir etmişdir. Onun fikrincə, ulu dilin xüsusiyyətləri (müəllif "ulu dil" dedikdə Hind-Avropa protodilini nəzərdə tutur) slavyan-german dillərində daha az mühafizə olunmuşdur, deməli, slavyan-german dilləri ulu dildən daha qədim dövrlərdə ayrılmışdır; yunan-itali-kelt qrupu bir müddət ulu dil daxilində dialekt kimi yaşamış, nisbətən sonralar ayrılmışdır. A.Şleyxerin fikrincə, ulu dil sanskrit dilinin ideal quruluşuna malik olmalı idi, eyni zamanda dil inkişafının ən yüksək zirvəsini təşkil etməli və flektiv formanın zirvəsinə çatmalı idi. Bu cəhətdən N.Y.Marrın fikri daha əsaslı görünür.
Kurt fon Şleyxer
Kurt Ferdinand Friedrich Hermann Von Schleicher (Kurt Fon Şleyxer, tələffüz [kʊʁt fɔn ˈʃlaɪ̯çɐ]; 7 aprel 1882 – 30 iyun 1934[…]) — alman generalı və Adolf Hitler dövründə Almaniyanın sonuncu kansleri idi (Veymar Respublikasından əvvəl). Uzun bıçaqlar gecəsi zamanı Hitlerin SS-ləri tərəfindən öldürüldü.
Mattias Yakob Şleyden
Mattias Yakob Şleyden (alm. Matthias Jakob Schleiden‎; 5 aprel 1804, Hamburq — 23 iyun 1881, Frankfurt-Mayn) — alman bioloqu və ictimai xadimi. == İstinadlar == == Əsəri == Grundzüge der wissenschaftlichen Botanik, 4 Aufl., Lpz., 1861. == Mənbə == Риттер Г. Маттиас Яков Шлейден. (1804—1881 гг.) // "Естествознание и география", 1905, № 2.
Şleyf qoşulması (Qızçiçəyi zənciri)
Şleyf qoşulması və ya qızçiçəyi zənciri (en. daisy-chain), (ru. шлейфовое подключение), (tr. papatya dizimi) – kompüterə bir neçə qurğunun ardıcıl qoşulması üsulu. “Qızçiçəyi zənciri” aşağıdakı kimi gerçəkləşdirilir: birinci qurğu kompüterə qoşulur, ikinci qurğu birinciyə, üçüncü qurğu ikinciyə qoşulur və s., sonuncu qurğu isə müqavimətə, yaxud terminatora qoşulur. Məsələn, bir SCSI-porta zəncirvari olaraq sərt disklər cə CD-ROM kimi yeddiyədək periferiya qurğusu qəşulur. Siqnallar zəncir boyu bir qurğudan sonrakına ötürülür. Son nəticədə bütün qurğuların qoşulduğu kanaldan (şindən) istifadə üstündə toqquşmalardan qaçmaq və nizamlılığı saxlamaq üçün qurğuların hər birinə öncəlik (prioritet) verilir; başqa variant da mümkündür, belə ki, hər bir qurğu “kanala” qulaq asır və yalnız xətt boşaldıqca verilişə başlayır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şleyxer şahtərəsi
Şleyxer şahtərəsi (lat. Fumaria schleicheri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü.
облицо́вка свежесру́бленный своево́лец ску́чненько убаю́кивающий фол ампути́ровать деревяни́стый заточе́нье костопра́в мизантро́пия наспирто́вывать педа́нтка bald-pate carapax chinaberry D longulite plant establishment plumula rebuilt semi-barbarian зумпф обрисовываться ребячество