Şəkərçörəyi
Şəkərçörəyi — Azərbaycan mətbəxinə aid şirniyyat növüdür.
I variant
Əla növ buğda unu — 350q, ərinmiş yağ — 260q, şəkər kirşanı — 300q, yumurta — 1əd, vanilin — 3q.
II variant
500 qr əla növ un, 200 qr ərinmiş yağ, 300 qr şəkər tozu, 15 qr maya, 1 yumurta, 0,3 qr vanilin.
I variant
Ərinmiş yağ şəkər kirşanı ilə 25–30 dəq.çalınır, bu zaman ona az-az yumurta ağı əlavə edilir. Çalıntıya vanilin və ələnmiş un qatılır, xəmir yoğrulur. Həmin xəmirdən 60–70 qramlıq girdə kündələr hazırlanır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175–180 °S istilikdə 25–30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir.
II variant
Maya yumurta ağında əridilir, üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra şəkər tozu və vanilin əlavə edilib, 20 – 25 dəqiqə möhkəm çalınır. Daha sonra un əlavə edilir və möhkəm qarışıncayadək yoğrulur.