Əcəbsəndə

Bu xörək növü Azərbaycanın bir çox bölgələrində, xüsusən Naxçıvan dialekt və şivələrində işlənir. Hazırlanma qaydası belədir: qazanın dibi yağlanır, fal-fal doğranmış soğan düzülür. Üstünə pomidor və şirin bibər düzülür. Daha sonra çəkilmiş ət yastılanır əl içi boyda düzülür. İki üç qat belə yığılır və orta temperaturda bişməyə qoyulur. Yarım stəkan su əlavə edilir. Bu xörəyin digər adı “xoşumgəldi” adlanır. Həm “əcəbsəndə”, həm də “xoşumgəldi” adları sintaktik üsulla yaranıb cümlənin ixtisarı kimi düşünülə bilər.
Əbşələ
Ədviyə plovu