ƏLEYHDAR
ƏLEYHİNƏ
OBASTAN VİKİ
Türkiyədə suriyalı qaçqınlara əleyhdarlıq
Türkiyədə suriyalı qaçqınlara əleyhdarlıq — Türkiyədə suriyalılara qarşı qorxu, nifrət, etibarsızlıq, düşmənçilik, aşağılama və buna bənzər hisslərdən qaynaqlanan ayrı-seçkilik və irqçi yanaşma. 2011-ci ildə başlayan Suriyada vətəndaş müharibəsi ilə Türkiyəyə gələn suriyalılar bir çox sahədə ayrı-seçkiliyə məruz qalırlar. Tədqiqatçı Şenay Özdenin sözlərinə görə, qaçqınların Türkiyədə qalıcı olması düşüncəsi ilə Türkiyədə suriyalılara qarşı irqçi münasibət və ifadələr artmışdır. Türkiyədə yaşayan suriyalıların 92%-i ayrı-seçkiliyə məruz qaldıqlarını bildirir. Beynəlxalq Miqrasiya Təşkilatının 636 nəfərlə apardığı araşdırmada iştirakçıların təxminən yarısının suriyalıları "daha az istedadlı irq" olaraq gördüyü müəyyən edilmişdir. Bundan əlavə, iştirakçıların üçdə biri suriyalı qaçqınların müharibə qurbanı olmadığına inandıqlarını bildirmişdir. İştirakçıların yarıdan çoxu suriyalılarla hər gün qarşılaşdıqlarını bildirsələr də, onların yalnız 22%-i suriyalılarla hər hansı təmasda olduğunu bəyan etmişdir. Türkiyədəki iqtisadi problemlər və işsizlik bəziləri tərəfindən suriyalı qaçqınlarla əlaqələndirilir. Bu problemlərin suriyalılara qarşı mənfi baxışı gücləndirdiyi və irqçiliyi daha çox tətiklədiyi bildirilir. Araşdırmalar göstərir ki, əhalinin iqtisadi cəhətdən zəif hissəsi, xüsusən də suriyalı qaçqınları iqtisadi problemlərin əsas günahkarı kimi görür.

Значение слова в других словарях