əllinci

əllinci
əllimanatlıq
əlliyaşlı
OBASTAN VİKİ
Əllincilər
Əllincilər (ing. Pentecostalism) — Protestant xristian məzhəbi. XIX əsrin sonu, XX əsrin əvvəllərində ABŞ-də protestant icmaları arasında erkən xristianlığa qayıdış, onun mənəvi cəhətdən dirçəldilməsi kimi ideyaların geniş yayılması əllincilərin meydana gəlməsinə səbəb olmuşdur. Xristianlığın protestant qolu sayılan əllincilər cərəyanının əsası metodist kilsəsinin keçmiş pastoru Çarlz Parem tərəfindən qoyulmuşdur. 1901-ci ildə Yeni il ərəfəsində Parem və onun tələbələri protestant aləmində din və imanın zəifləməsinin səbəblərini müzakirə edərkən, belə nəticəyə gəlmişlər ki, bu sualın cavabı Əhdi-Cədidin Həvvarilərin işləri bölümündə gizlənmişdir. Burada Əllinci gün bayramı zamanı (İudaizmdə Musaya Toranın verilməsi ilə bağlı keçirilən şənlik) Məsihin şagirdlərinə Allah tərəfindən bilmədikləri dillərdə danışma qabiliyyətinin verilməsindən, həvarilərin yad xalqların yanlarına gedərək onlara İsa Məsih təlimini təbliğ etmələrindən danışılır. İncilə görə, həmin hadisə İsanın göyə yüksəlməsinin onuncu günündə baş vermişdir. Parem və tələbələrinin fikrincə, həvarilərin "bilmədikləri dillərdə danışma" vergisi sadə xristianlar tərəfindən itirildiyi üçün xristian dünyası ateist, inkarcı düşüncələrin, sekulyar ideyaların təsiri altına düşmüşdür. Onlara görə, saf imana qayıtmağın yalnız bir yolu var: itirilmiş vergini dua vasitəsi ilə geri qaytarmaq. Odur ki, Parem dua mərasimində vəcd halındakı qızın başına əlini qoymuş və bundan sonra guya qız bilmədiyi dildə danışmağa başlamışdır.

Значение слова в других словарях