ərəbotu

ərəbotu
ərəbmənşəli
ərəbşünas
OBASTAN VİKİ
Ərəbotu
Ərəbotu (lat. Arabis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə Avrasiya, Şimali Amerika və Tropik Afrika dağlarında bitən 100-ə yaxın birillik, ikiillik və çoxillik bitkilər daxildir. Onların iki növündən gülçülükdə geniş istifadə olunur. Alp ərəbotu (A. alpina)- hündürlüyü 25 sm-ə çatan, gövdələri sərilən bitkidir. Gümüşü yarpaqları az miqdarda tüklərlə örtülür. Sadə və çoxləçəkli gülləri ağ ya da çəhrayı rəngdə olur. Arends ərəbotu (A.x.arendsii) hibrid mənşəli və müxtəlif rəngli gülləri olan bitkidir. Ərəbotu bitkisi gövdə zoğları ilə asanlıqla çoxalır. Qələmlərin alınması üçün yazda əmələ gələn yarpaq dəstələrinin miqdarına görə gövdəni bölürlər.
Sallaq ərəbotu
Catolobus pendulus (lat. Catolobus pendulus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin catolobus cinsinə aid bitki növü.
Erməni ərəbotu
Arabis carduchorum (lat. Arabis carduchorum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Arealı == Ermənistan və Naxçıvanda (Azərbaycan) rast gəlinən bitki. Orta və yüksək dağlıq ərazilərdə böyüyür.

Значение слова в других словарях