Əyirdəx

Cəbrayıl şivəsində “əyirdəx”, Salyan dialektində isə “əgirdək” formalarında işlənən bu söz “şirin qoğal” mənasını bildirir: - Əyirdəyi yağda yaxşı qızart gəti. (Cəbrayıl); Əgirdəgi qışda yiyəllər. (Salyan) (1, 214) Əyirdək əsasən un və şəkər tozundan yoğrularaq və müəyyən bir formaya salınaraq, yağda bişirilərək hazırlanır. – Əgirdəgi yağda pişir, əgirdək pəsoxnan pişir. ( 1, 214) bu söz Qərbi Azərbaycanın Qarakilsə şivəsində “ərdəx” formasında “südlə yoğrulmuş xəmirdən yağda qovrularaq bişirilən çörək, çörək məmulatı” mənasında və eyni mənada “ərdək” şəklində Vedi, Ağbaba, Zəngibasar şivələrində işlənir.(10, 149) Əyirdək şəklində bu söz Kalinino şivəsində də işlənir.(10, 152) Naxçıvan dialektində bu söz “pişi əyirdəx1” formasında işlənir.
Əydəx
Fəsəli

Значение слова в других словарях