HE

сущ. название буквы “H(h)”
HAZIRYARAQ
HE-HE
OBASTAN VİKİ
He Jin
He Jin (3 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == He Jin, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra He Jin, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
He Çjiven
He Xiven (31 yanvar 1962) — İspaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == He Xiven İspaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra He Xiven İspaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. He Xiven İspaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra He Xiven İspaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Liu He
Liu He (III əsr – 310) - Xan Çaonun ikinci imperatorudur. 310-cu ildə hakimiyyətə gəlmiş və 7 gün taxtda qalmışdır. == Hakimiyyəti == Yuanxay hələ hakimiyyətdə olan vaxtı yerinə ən böyük oğlu Heni vəliəhd olaraq təyin etmişdi. Yuanxay Liu Yu, Liu Lonq və Liu Ay adlı digər oğullarına imperatoru qorumağı tapşırdı ancaq vəzifələr ala bilməyən imperatorun dayısı Huyan Yao və digər hun əyanları olan Liu Rui ilə Liu Çenq imperatora digər qardaşlarının onunla mübarizəyə girişə biləcəklərini dedi. İmperator qardaşlarına qarşı ölüm əmri elan etdi. Liu Ay qaçaraq digər qardaşı Liu Konqa xəbər verdi. İki gün sonra Liu Yu və Liu Lonq imperator tərəfindən öldürüldü. Qardaşlarının öldürülməsinə qəzəblənən Liu Konq sarayı mühasirəyə alaraq imperatoru öldürdü və taxta özü çıxdı.
Suy He
Suy He (çin. 何穗; 23 sentyabr 1989, Vençjou[d], Çjetszyan) – Çin modeli və aktrisası. İlk Şərqi Asiya modelidir ki, Ralph Lauren brendinin podiumuna çıxıb və ikinci çinli modeldir ki, Victoria's Secret Dəb Şousunda çıxış edib. Suy "W" jurnalının üzlüyündə də yer almışdır. == İlk illəri == 23 sentyabr 1989-cu ildə Çinin Çjetszyan əyalətinin Vençjou şəhərində doğulmuşdur. Yeddi il boyunca şəhərin üzgüçülük komandasının üzvü olmuşdur. == Karyerası == 17 yaşında liseydə təhsil alarkən yerli modellik müsabiqələrinin birinə qatılaraq qalib olmuşdur. Müsabiqənin qalibi kimi Pekində Bentley Culture Development şirkəti ilə müqavilə imzalamışdır. 2013-cü ildə Suy He Models.com saytı tərəfindən "Top-50 qadın model siyahısı"nda 13-cü yerdə göstərilmişdir. O, Models.com saytının 2011-ci ildəki eyni siyahısına da düşmüşdür.
Heinkel He-111
Heinkel He 111 - alman bombardmançı təyyarəsi, Lüftvaffein əsas bombardmançılarından biri (torpedo bombardmançılarının və hücum təyyarələrinin modifikasiyası da var idi). Ümumilikdə 7600-dən çox buraxılmışdır. Bu təyyarə İkinci Dünya müharibəsində ikinci ən böyük Alman bombardmançısı olmuşdur.
Heinkel He 178
== Haqqında == He 178 Alman təyyarə istehsalçısı Heinkel tərəfindən dizayn edilmiş və istehsal edilmiş eksperimental təyyarə idi. Bu, turbojet mühərrikindən istifadə edərək uçan ilk təyyarə idi. He 178 1930-cu illərin ortalarında alman mühəndisi Hans von Ohain tərəfindən hazırlanmış reaktiv hərəkət konseptini sınaqdan keçirmək üçün hazırlanmışdır. Ernst Heinkelin sənaye dəstəyini aldıqdan sonra fon Ohain 1937-ci ilin sentyabrında Heinkel HeS 1 adlı işləyən turbojet mühərrikini nümayiş etdirə bildi . Heinkel He 178-in Alman hakimiyyət orqanlarından və Luftwaffe — dən asılı olmayaraq şəxsi müəssisə kimi inkişafını davam etdirdi. təyyarəni inkişafının çox hissəsi üçün nisbətən gizli saxlayır. Heinkel təkcə aviasiya qaz turbinlərinin imkanlarını nümayiş etdirməkdə maraqlı deyildi , həm də yüksək sürətli uçuş texnologiyalarının inkişafına ayrıca diqqət yetirirdi. 27 avqust 1939-cu ildə ilk prototip olan He 178 V1 Erich Warsitz tərəfindən idarə olunan ilk uçuşunu həyata keçirdi . Cəmi altı dəqiqə davam edən bu uçuşdan üç gün əvvəl eyni təyyarənin qısa sıçrayışı baş vermişdi. Maksimum sürəti saatda 598 kilometr (372 mil) və nisbətən kiçik dözümlülüyü kimi performans məhdudiyyətlərinə görə, təyyarə nümayiş uçuşunda iştirak edən Ernst Udet və Erhard Milch kimi nasist rəsmiləri heyran edə bilmədi.
Pak He Cin
Park Hae-jin (Hangul: 박해진; 1 may 1983, Busan) — Cənubi Koreyalı aktyor. Daha çox My Love from the Star (2013), Bad Guys (2014) və Cheese in the Trap (2016) serialları ilə tanınır. == Karyerası == Park Hae-jin 2006-cı ildə KBS kanalında yayımlanan Famous Chil Princesses serialı ilə aktyorluq həyatına başladı. Daha sonra iki uğurlu serialda rol aldı. KBS serialı Like Land and Sky və MBC kanalında yayımlanan East of Eden seriyalında başqa bir adamın sevgilisini əlindən alan qəddar adam Shin Myung-hoon rolu ilə məşhurlaşdı. Hər iki serial ölkə üzrə yüksək reytinq aldı və Park Hae-jin tanınmış bir insan halına gəldi. Park Hae-jin eyni zamanda xaricdə də tanınmağa başladı. 2011 və 2012-ci ildə Çin seriallarında rol aldı və o illərdən bəri xaricdə layihələrə qatılmağa davam edir. Daha sonra Park Hae-jin Seoyoung, My Daughter serialındakı Lee Sang-woo rolu ilə Koreya ekranlarına geri qayıtdı. Serial 47,1% reytinqlə 2013-cü ildə Koreyada ən yüksək reytinqli serial oldu.
Pak Kın He
Pak Kın He (kor.
Çhan He Cin
Çhan He Cin (13 may 1987, Tequ) — Cənubi Koreyalı oxatan. Çang Hye-Jin 2013-cü ildə Dünya Çempionatında bir qızıl, 2016-cı ildə Olimpiya Oyunlarında isə iki qızıl medal qazanıb. == Karyerası == Çang Hye-Jin karyerasında birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Çang Hye-Jin Türkiyənin Antalya şəhərində Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra isə o, Asiya Oyunlarında fərdi yarışlarda gümüş, komanda hesabında isə qızıl medal qazandı. Çang Hye-Jin karyerasının əsas uğurunu isə 2016-cı ildə Olimpiya Oyunlarında qazandı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan yarışlarda 1-ci yeri tutaraq qızıl medal qazandı. Komanda hesabında isə Çang Hye-Jin Çoi Mi-Sun və Ki Bo-Bae ilə birgə XXXI Yay Olimpiya Oyunlarının iki qat çempionu oldu.
Çun He-in
Jung Hae-in (1 aprel 1988, Seul) Cənubi Koreyalı aktyordur. O, ilk dəfə 2013-cü ildə AOA Black-in "Moya" klipində iştirak etmiş və sonrakı il " Bride of the Century " serialı vasitəsilə rəsmi debüt etmişdir. O, 2017-ci ildə "You Were Sleeping" və "Prison Playbook" seriallarında ikinci dərəcəli rolları ilə tanınıb.He-in ilk baş rolunu 2018-ci ildə " Something in the Rain" dramında oynadı. == Həyatı == === Ailə və məzun dərəcəsi === Hein-nin üçüncü ulu babası, sonrakı Coseon dövrünün böyük mütəfəkkiri Con Yakyongdur. O, Pyontaek Universitetində "Yayım Əyləncə" fakültəsini bitirib, burada musiqili tamaşalar da daxil olmaqla müxtəlif fəaliyyətlərdə iştirak edib. === Hərbi qəbul === He-in iyirmi bir yaşında hərbi xidmətə getdi. O, hərbi xidməti və ali məktəbi bitirdikdən sonra şirkəti ilə müqavilə bağlayıb. == Karyera == === Başlanğıc === Çun He-in ilk aktyorluq təcrübəsini oxuduğu kollecdəki musiqili filmdə qazanmışdır, lakin onun aktyor olmaq əzmi hərbi xidmətdə olarkən yarandı.O, rəsmi olaraq iyirmi altı yaşında debüt etdi.He-in 2014-cü ildə " Bride of the Century " serialı vasitəsilə rəsmi debüt etdi və sonra "The Youth" adlı indi filmində göründü.Elə həmin il "Üç muşketyor" adlı tarixi serialda rol aldı.Daha sonra o, kiçik rollarda göründü və 2014-cü ildən 2016-cı ilə qədər müxtəlif serial və filmlərdə bir neçə epizodda rol aldı. Onun yaddaqalan çıxışlarından biri "Guardian: The Lonely and Great God" filmində oldu. === 2017-indiki: Populyarlıq və baş rollarda yüksəliş === 2017-ci ildə He-in "When You Were Sleeping" fantastika,romantika serialındakı performansı ilə populyarlıq qazandı.Serialın yayımı zamanı o, Koreyanın Naver portalında axtarılan 1 nömrəli şəxs kimi yer aldı.Onun iki tarixi filmi — "The King's Case Note" və "Conspiracy: Age of Rebellion" eyni ildə ekranlara çıxdı.Sonra o, qara komediya serialı "Prison Playbook"-da rol aldı və buradakı çıxışına görə tərif aldı.2018-ci ildə He-in başqa bir tarixi film olan "Heung-boo: The Revolutionist"də Kral Honjonq obrazını canlandırdı.O, Son Ye-cin ilə birlikdə "Something in the Rain" romantik dramında ilk baş rolunu oynadı.Dram yayımlandıqdan sonra He-in Asiyada populyarlıq qazandı.Həmin ilin sonunda He-in Kim Qo-un ilə birlikdə " Tune in for Love" adlı dövr romantik filmində rol aldı.
Liu He Ba Fa
Liu He Ba Fa (Çin dili: 六合八法拳, pinyin: liùhébāfǎquán) — çin döyüş sənətidir. == Tarixi == Liu He Ba Fa döyüş növü Sun imperiyası dövründə yaşamış Daosizm müdriki Çen Tuan (ing. Chen Tuan) tərəfindən yaradılmışdır. Bu döyüş növündə döyüş fənləri, müxtəlif meditasiyalar, nəfəs formaları, sağlamlıq sistemi öyrədilir.
V Henri
V Henri and Monmutlu Henri (ing. Henry V of England; ing. Henry of Monmouth) (d. 16 sentyabr 1386 – ö. 31 avqust 1422) — İngiltərə kralı. Nisbətən qısa olan səltənətinə baxmayaraq onun Yüzillik müharibə dönəmində Fransa üzərində qazandığı hərbi uğurlar İngiltərəni Avropanın ən mühüm hərbi güclərindən birinə çevirdi. Atası IV Henrinin səltənəti illərində Uels torpaqlarında çıxan üsyanın yatırılmasında, eləcə də aristokrat Persi ailəsinin siyasi nüfuzunun azaldılmasında iştirak etdi və beləcə, hərbi təcrübə qazanmağa başladı. Atasının səhhətinin pisləşməsinin ardından Henrinin İngiltərənin idarəçiliyindəki nüfuzu artmağa və bu səbəblə ata-oğul arasında siyasi gərginlik yaranmağa başladı. Atasının 1413-cü ildə vəfatı ilə Henri ölkənin idarəsini tamamilə ələ aldı və sələflərindən fərqlənməyərək Fransa krallığı üzərindəki taxt iddiasını davam etdirdi. Yüzillik müharibə çərçivəsindəki ilk hərbi uğuru isə 1415-ci ildə Azenkur döyüşündə qazandığı məşhur qələbəsi oldu.
Van Helsinq (film, 2004)
Van Helsinq (ing. Van Helsing) — 2004-cü ildə istehsal olunmuş ABŞ filmidir. Qebriel Van Helsinq personajının rolunu Hyu Cekman canlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == Van Helsinq — Internet Movie Database saytında.
Van Heurck
Henri Van Herk (nid. Henri-Ferdinand Van Heurck; 1838, Antverpen – 1909, Antverpen) — Belçika botaniki. == Elmi fəaliyyəti == Henri Van Herk toxumlu bitkilər, qıjıkimilər, yosunlar üzrə ixtisaslaşmışdır. == Əsərləri == Van Heurck, H.; De Beucker, J. I. Antwerpsche analytische flora. — Antwerpen, 1861. — 192 p. Van Heurck, H.; Wesmael, A. Prodrome de la flore du Brabant. — Louvain, 1861. — 96 p. Van Heurck, H.; Guibert, V. Flore médicale belge.
Vanyar (Heris)
Vanyar (fars. ونيار‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (14 ailə).
Varşava Hersoqluğu
Böyük Varşava Hersoqluğu (pol. Księstwo Warszawskie) — Reç Pospolitanın ikinci və üçüncü bölüşdürülməsi zamanı Prussiya və Avstriya İmperiyasına verilmiş Polşa ərazilərində 1807-ci il Tilzit sülhündən sonra qurulmuş dövlət. Varşava Hersoqluğu Napoleon Fransasının protektoratında idi və Altıncı Koalisiya qoşunları tərəfindən fəth edildiyi zamana qədər 1813-cü ilədək de-fakto mövcud olmuşdur. Vyana Konqresinin qərarlarına əsasən, hersoqluğun böyük hissəsi Polşa çarlığı adı ilə muxtariyyət statusunda Rusiya İmperiyasının tərkibinə daxil edilmişdir. == Ərazisi == Hersoqluğun ərazisi (1807) 103 min km², əhalisinin sayı - 2,6 milyon nəfər təşkil edirdi. Varşava Hersoqluğunun Avstriya ilə müharibəsindəki qələbəsindən sonra Reç Pospolitanın üçüncü bölüşdürülməsi zamanı itirilən Polşa əraziləri də ona ilhaq edildi. Bu yeni ərazilərə əzəli Polşa torpaqları olan Krakov, Lublin, Radom, Sandomir daxil idi. Nəticədə hersoqluğun ərazisi 52 min km², əhalisi isə 1,7 milyon nəfər artmışdı. Hersoqluğun paytaxtı Varşava idi. == Dövlət quruluşu == Hersoqluğun Konstitusiyası Napoleon tərəfindən 1807-ci il iyulun 22-də Drezdendə təsdiq edilmişdir.
Varşava Hersoqluğu Ordusu
Varşava Hersoqluğu Ordusu - 1807-1813-cü illərdə mövcud olmuş Böyük Varşava Hersoqluğunun ordusu. Bu dövlət Reç Pospolitanın ikinci və üçüncü bölüşdürülməsi zamanı Prussiya və Avstriya İmperiyasına verilmiş Polşa ərazilərində 1807-ci il Tilsit sülhündən sonra qurulmuşdu. Varşava Hersoqluğu Napoleon Fransasının protektoratında idi və Altıncı Koalisiya qoşunları tərəfindən fəth edildiyi zamana qədər 1813-cü ilədək mövcud olmuşdur. Hersoqluğun ordusu dövlətin özü kimi 1807-1813-cü illərdə mövcud olmuşdur. Dövlət yaradıldıqdan sonra hersoqluğun ordusu da avtomatik olaraq təşkil edilmişdir. Daimi ordunun sayı təqribən 50 min nəfər idi. Ordunun tərkibi 35 min nəfər piyada, 12,5 min nəfər süvari, 3,5 min nəfər artilleriya və 800 mina təmizləyicilərdən ibarət olmuşdur. Piyada hissələr üç batalyonun daxil olduğu 17 alaydan, hər batalyon isə 6 rotadan ibarət idi (1-qrenadyor, 1- yeger, 4- fuzilor). Süvarilər dörd heyətdən ibarət 16 alaydan ibarət olmuşdu (1- kirasir, 2- qusar, 3- atlı-yeger və 10-ulan). artilleriya 12 rotadan ibarət bir piyada alayından və 2 batareyadan ibarət at alayından təşkil edilmişdi.
Varşava Hersoqluğunun Avstriya ilə müharibəsi
Varşava Hersoqluğunun Avstriya ilə 1809-cu il müharibəsi — Napoleon Bonopartın Beşinci Koalisiyaya qarşı müharibələrindən biri. 1809-cu ildə Avstriya ilə müharibədə qələbə qazanıldı. Bu münaqişə Napoleonun beşinci koalisiyaya qarşı apardığı müharibənin bir hissəsi idi. Fransa ilə beşinci koalisiyanın müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 14 minlik hərbi korpus qalmışdı. Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36.000 minlik Avstriya qoşunu Saksoniya və Varşava Hersoqluğuna hücum etdi. Ershersoq bütöv bir dövləti tutmağı planlaşdırırdı. Raşin ətrafında döyüşün nəticəsi olan konvensiyanın imzalanması başa çatmamış ershersoq Ferdinand Karl qəflətən hücum edərək müdafiəsi zəifləmiş Varşavanı ələ keçirdi. Lakin polyaklar əks hücuma keçərək və Pulav, Lublin, Sandomir, Zamoysk qalasını, Lvov, Radom və Krakovu azad etdilər. Nəticədə Varşava Hersoqluğunun ərazisi 103 mindən 155 min km2-ə qədər artdı. Yeni ərazilərdə 4 departament - Lublin, Krakov, Radom və Sedlinski yaradıldı.
Vasif Heydərov
Vasif Nazim oğlu Heydərov (5 yanvar 1997; Tovuz rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Heydərov 1997-ci il yanvarın 5-də Tovuz rayonunun Aran kəndində anadan olub. 2003-2012-ci illərdə Aran kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Vasif Heydərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildə yeni təyinat alaraq Həmlə taborunda xidmətini davam etdirib. Azərbaycan Ordusunun leytenantı olan Vasif Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vasif Heydərov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Vaxtanq Qorqasali heykəli
Vaxtanq Qorqasali heykəli – İberiyanın Xosrovidlər sülaləsindən olan çarı Vaxtanq Qorqasalinın şərəfinə ucaldılmış atlı heykəldir. Heykəl Kür çayının sol sahilində, tarixi Metexi rayonu ərazisində, Metexi kilsəsinin qarşısında və Metexi körpüsünün yuxarısında yerləşir. == Tarixi == Vaxtanq Qorqasali Gürcüstan tarixinin ən mühüm şəxsiyyətlərindən biri olmaqla, Tbilisinin yaşayış məntəqəsi kimi inkişaf etdirilməsində əlahiddə rol oynamışdır. Onun heykəlinin ucaldığı yerdə əvvəl çar sarayı olmuş və kilsə ilə birlikdə bütün kompleks tarixi Metexi qalası ilə əhatələnmişdir. Lakin Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra sarayın yerində həbsxana inşa edilmiş, kilsə isə cəbbaxana kimi istifadə olunmuşdur. SSRİ dövründə Metexi kilsəsi və onun ətrafındakı ərazi təmizlənmiş, 1970-ci ildə isə Metexi təpəsi üzərində daş postament üzərində heykəltaraş Elquca Amaşukelinin Vaxtanq Qorqasali heykəli ucaldılmışdır. == Təsviri == Metexi təpəsi üzərində hündür saş postament üzərində yerləşən bürüncdən tökmə üsulu ilə hazırlanmış heykəlin üzü Qədim Tbilisi və onun mərkəzi meydanına baxır. Çar at üzərində oturmuş halda təsvir edilmişdir.
Vaxtanq Qorqasalı heykəli
Vaxtanq Qorqasali heykəli – İberiyanın Xosrovidlər sülaləsindən olan çarı Vaxtanq Qorqasalinın şərəfinə ucaldılmış atlı heykəldir. Heykəl Kür çayının sol sahilində, tarixi Metexi rayonu ərazisində, Metexi kilsəsinin qarşısında və Metexi körpüsünün yuxarısında yerləşir. == Tarixi == Vaxtanq Qorqasali Gürcüstan tarixinin ən mühüm şəxsiyyətlərindən biri olmaqla, Tbilisinin yaşayış məntəqəsi kimi inkişaf etdirilməsində əlahiddə rol oynamışdır. Onun heykəlinin ucaldığı yerdə əvvəl çar sarayı olmuş və kilsə ilə birlikdə bütün kompleks tarixi Metexi qalası ilə əhatələnmişdir. Lakin Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra sarayın yerində həbsxana inşa edilmiş, kilsə isə cəbbaxana kimi istifadə olunmuşdur. SSRİ dövründə Metexi kilsəsi və onun ətrafındakı ərazi təmizlənmiş, 1970-ci ildə isə Metexi təpəsi üzərində daş postament üzərində heykəltaraş Elquca Amaşukelinin Vaxtanq Qorqasali heykəli ucaldılmışdır. == Təsviri == Metexi təpəsi üzərində hündür saş postament üzərində yerləşən bürüncdən tökmə üsulu ilə hazırlanmış heykəlin üzü Qədim Tbilisi və onun mərkəzi meydanına baxır. Çar at üzərində oturmuş halda təsvir edilmişdir.
Vei Çun-Heng
Vei Çun-Heng (6 iyul 1994) — Çin Taybeyini təmsil edən oxatan. Vei Çun-Heng Çin Taybeyini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vei Çun-Heng birinci dəfə Olimpiya Oyunlarına 2016-ci ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ficinin nümayəndəsi Rob Elder üzərində 6:0 hesablı qələbə qazansada, növbəti mərhələdə Tailandın nümayəndəsi Vittaya Tamvong ilə üz-üzə gəldi və rəqibinə 5:6 hesabı ilə uduzdu.
Vepris heterophylla
Vepris heterophylla (lat. Vepris heterophylla) — sədokimilər fəsiləsinin vepris cinsinə aid bitki növü.
Vermeulenia papilionacea var. heroica
Anacamptis papilionacea (lat. Anacamptis papilionacea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. == Sinonimləri == Orchis papilionacea L. (1759) (Basionym) Vermeulenia papilionacea (L.) Á. Löve & D. Löve (1972) Vermeulenia papilionacea var. bruhnsiana (Gruner) Szlach. (2001) Vermeulenia papilionacea var. grandiflora (Boiss.) Szlach. (2001) Vermeulenia papilionacea var. heroica (E.D.Clarke) Szlach.
Vermlandiya hersoqu
Vermlandiya hersoqu İsveç əsilzadə tituludur. Azərbaycan dilində Hertig av Värmland sözü "Vermlandiya hersoqu" kimi tərcümə olunur. Krallar çox vaxt bu titulu oğullarına verərdilər. Vermlandiya sözünün mənası heç kimə məlum deyil.
Verner Heyzenberq
Verner Karl Heyzenberq (alm. Werner Karl Heisenberg‎; 5 dekabr 1901[…], Vürtsburq, Bavariya Krallığı, Almaniya imperiyası – 1 fevral 1976[…], Münxen, Bavariya, Qərbi Almaniya) — alman fiziki, kvant mexanikasının əsas yaradıcılarından biri. 1925-ci ildə nəşr etdiyi məqaləsi ilə böyük şöhrət qazanmışdır. Maks Born və Paskual Yordan ilə sonrakı məqalələr seriyasında, eyni il ərzində onun kvant mexanikasının matris formalaşdırılması əsaslı şəkildə işlənib hazırlanmışdır. O, 1927-ci ildə nəşr etdirdiyi qeyri-müəyyənlik prinsipi ilə tanınır. Heyzenberq 1932-ci ildə "kvant fizikası yaradılmasına görə Fizika üzrə "Nobel" mükafatı layiq görülüb. Heyzenberq həmçinin turbulent axınların hidrodinamikasının, atom nüvəsinin, ferromaqnetizmin, kosmik şüaların və maddə və sahə zərrəcikləri nəzəriyyələrinə töhfələr vermişdir. O, İkinci Dünya müharibəsi zamanı Almaniyanın nüvə silahı proqramında əsas alim olub. O, həmçinin 1957-ci ildə Münhendəki tədqiqat reaktoru ilə birlikdə Karlsruedə ilk Qərbi Almaniya nüvə reaktorunun planlaşdırılmasında mühüm rol oynamışdır. İkinci Dünya müharibəsindən sonra o, Kayzer Vilhelm Fizika İnstitutunun (daha sonra Maks Plank Fizika İnstitutu) direktoru təyin edilmişdir.
Verner fon Heydenstam
Verner fon Heydenstam (isv. Verner von Heidenstam; 6 iyul 1859[…] – 20 may 1940[…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916). == Həyatı == İsveç şairi və romançısı Karl Qustav Verner fon Heydenstam qədim və zəngin zadəgan nəslindən idi. İsveçin cənubunda, Elshammar şəhərində doğulmuşdu. Xəstəhal, çəkingən və zəif uşaq olan Karl Qustav kiçik yaşlarından İsveç saqalarının sehrkar mühitinə düşmüş, çılğın ədəbiyyat həvəskarı kimi böyümüşdü. Səhhəti ilə əlaqədar valideynləri yeganə övladlarını Aralıq dənizi sahillərinə - İtaliya və Yunanıstana göndərmişdilər. Burada isə o, özünün etiraf etdiyi kimi "hər şeyi suçəkən kimi canına çəkdiyi bir zamanda" cənub ölkələrinin çoxmillətli və çoxmədəniyyətli mühitinə düşmüşdü. Təbii ki, zəngin və azad gənc əyalət universitetinin auditoriyalarında antik dövr haqqında cansıxıcı mühazirələrə qulaq asmaq əvəzinə Afina Akropolunu gəzib dolaşmağı, xristian mədəniyyətini mənimsəmək əvəzinə bütün varlığı ilə Şərq, daha doğrusu Aralıq dənizi sivilizasiyasını öyrənməyi daha üstün tutmuşdu. Karl Qustav ardıcıl təhsil almamışdı. Çox gənc yaşda isveçrəli Emiliya Uqqla ilə evlənmişdi.
Veronica hederifolia
Veronica hederifolia (lat. Veronica hederifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. == Yayılması və ekologiya == Qərbi Avropa: Piriney yarımadasının cənub hissəsindən, Fennoskandiyadan (İsveç və Norveçin 65° şimal en dairəsinin sahil rayonları, Finlandiyanın ən cənub hissəsi) bəzi şimal və Azor adalarından başqa bütün ölkələrdə; Keçmiş SSRİ ərazisində: Moldaviya və Ukraynanın cənubu (50° şimal en dairəsindən cənuba, Rostov dairəsinin cənubu, Latviya, Estoniya, Krım, Qafqaz (əsasən dağlıq ərazılərdə)) Türkmənistan (Kopetdağ), Özbəkistan (Daşkənd və Səmərqəndin ətrafı), Tacikistan (Düşənbə); Asiya: Türkiyə, İran, Yaxın şərq ölkələri (İraq da daxil olmaqla) Yaponiya, Pakistan, Hindistan (Kəşmir); Şimali Amerika: ABŞ; Afrika: Mərakeş (Atlas dağları).
Verticordia helichrysantha
Verticordia helichrysantha (lat. Verticordia helichrysantha) — mərsinkimilər fəsiləsinin vertikordiya cinsinə aid bitki növü.
Veysayd Mehmanxanasının Hekayələri
"Veysayd mehmanxanasının hekayələri" (Tales of a Wayside Inn) — Amerikan şair Lonqfello (Henry Wadsworth Longfellow) tərəfindən yazılmış şeirlər kitabıdır. Kitab 1863-cü ildə çap edilmişdir. Kitabın adındakı "Veysayd" mehmanxanası Amerika Birləşmiş Ştatları Massaçusets şəhərinin "Sudbury" əyalətində yerləşən bir mehmanxanadır. Lonqfello Massaçusets, Kembric şəhərindən 20 mil uzaqlıqda yaşayırdı. Bu mehmanxana Kembric insanlarının getməkdən ən çox həzz aldığı yerlərdən biri idi. Mehmanxananın adı ilə yanaşı həm də kitabda yer alan surətlər də real insanlardır və Lonqfelloun dostları olmuşdur. Kitab onların bir-birinə Veysayd mehmanxanasına gedərkən söylədiyi hekayələrdən ibarətdir. Kitabda bu hekayələr şeir formasında verilir. == Yazılma və çap olunma tarixi == Lonqfello 1861-ci ildə həyat yoldaşının ölümündən sonra onda yaranan kədərlə mübarizə aparmaq üçün böyük öçülü bir əsərə başlayır. Bu kitabı yazarkən o həm də özünün ABŞ Vətəndaş müharibəsi dövründəki şəxsi mübarizəsi, böyük qardaşının müharibədə yaralanması və xəstələnməsini də aydınlaşdırmışdır.
Vicia heterophylla
Yem noxudu, Əkin lərgəsi (lat. Vicia sativa) – lərgə cinsinə aid bitki növü. == Sinonim == Vicia alba Moench Vicia bacla Moench Vicia bobartii E. Forster Vicia communis Rouy Vicia cornigera St.-Amans Vicia cornigera Chaub. Vicia cosentini Guss. Vicia cuneata Gren. & Godr. Vicia erythosperma Rchb. Vicia glabra Schleich. Vicia globosa Retz. Vicia intermedia Viv.
Viktor fon Hertsfeld
Viktor fon Hertsfeld (8 oktyabr 1856, Bratislava – 19 fevral 1919, Budapeşt) — Macarıstan skripkaçısı və bəstəkarı.
Vilhelm Herman Abix
Vilhelm Herman Abix (alm. Otto Wilhelm Hermann von Abich‎; 11 dekabr 1806[…], Berlin[…] – 1 iyul 1886, Vyana[…]) — Almaniya geoloqu, səyyahı, tədqiqatçısı. == Həyatı == Otto Vilhelm Herman fon Abiх 1843-cü ildə Estоniyanın Tartu Universitetinin geоlоgiya kafedrasına dəvət оlunduqdan sоnra bütövlükdə Qafqazı, İranı tədqiq etmiş, Abşerоn yarımadasında və Хəzər dənizindəki bəzi palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geоlоji quruluşuna və 1859-cu il Şamaхı zəlzələsinə aid bir sıra əsərlər yazmışdır. О, Qafqaz dağlarının bir sıra hündür zirvələrindən yan keçsə də, оvalıq sahələrin хəritəsini kifayət qədər düzgün tərtib etmişdir. == İstinadlar == == Mənbə == Богачёв В. В., Гeрман-Вильгeльм (Гeрман Васильeвич) Абих, "Тр. Гeологич. института Азeрбайджанского филиала АН СССР", 1939, т. 12/63.
Villa Kastelli helikopter qəzası
Villa Kastelli helikopter qəzası (isp. Accidente aéreo de Villa Castelli) — 2015-ci ilin 9 mart tarixində Argentinanın şimal-qərbində yerləşən La Rioja bölgəsinin Villa Kastelli kəndi ərazisində baş vermiş helikopter qəzası. İki helikopterin toqquşması nəticəsində 10 nəfər həlak olmuşdur. == Arxa plan == Helikopterlər, fransız televiziya kanalı TF1 də yayımlanan "Dropped" adlı yarışma verlişinin çəkimlərini həyata keçirmək üçün istifadə edilməkdə idi. Yarışmada iştirak etmələri üçün səkkiz tanınmış fransız idmançı müəyyənləşdirilmişdi: Florens Arthaud, Alan Bernard, Filip Kandeloro, Jan Lonqo, An-Flor Marker, Kamilla Muffat, Aleksis Vastin və Slavin Viltord. İdmançılardan sadəcə Bernard və Viltord hadisə baş verən an helikopterdə deyildilər. Qəza Argentinanın paytaxtı Buenos Ayres şəhərinin 1170 km şimal-qərbində yerləşən Villa Kastelli kəndində baş vermişdir. Qəzada həyatını itirən idmançıların hər biri fransız vətəndaşları idi. İmdançılarla yanaşı iki nəfəri yerli pilot olmaqla toplam 10 nəfər həlak olmuşdur. Qəzada həlak olanlar əsasən Fransa idman dünyası üçün önəmli olan simalardır.
Villiam Henzel
Villiam Henzel (23 mart 1982) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Villiam Henzel Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Villiam Henzel Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Villiam Henzel Avstraliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Vilyam Rendolf Herst
Vilyam Randolf Herst ( Aprel 29, 1863 – Avqust 14, 1951) – amerikalı biznezmen, siyasətçi, Hearst Communications adlı ən böyük milli qəzet və media şirkətinin əsasını qoymuş qəzet naşiri. Herstin sarı mətbuatında istifadə olunan parlaq metodlar KİV-ə sensasiya və insan maraqlarından bəhs edən hekayələrlə təsir göstərmişdir. 1887-ci ildə Herstin atası ona The San Francisco Examiner qəzetinə nəzarəti həyata keçirmə tapşırır. Bununla o, nəşriyyat biznesinə başlamışdır. Nyu-Yorka gəldikdən sonra o, The New York Journalı əldə edir və bundan sonra onun cinayət, korrupsiya, qrafika, sekslə bağlı cinayət hadisələrini iri başlıqlarla nəşr edən New York Worldun naşiri Cozef Pulitserlə amansız mübarizəsi başlamışdır. Daha çox qəzet əldə etdikdən sonra Herst karyerasının pik nöqtəsinə çataraq 30-a yaxın qəzetdən zəncirvari şəbəkə yaratmışdır. O, sonralar biznesini jurnallara qədər genişləndirərək dünyanın ən böyük qəzet və jurnal biznesini yaratmışdır. O, iki dəfə ABŞ Nümayəndələr Palatasına Demokrat seçilmiş və 1904-cü il ABŞ-nin Prezident, 1905 və 1909-cu illərdə Nyu-York şəhərinin meri, 1906-cı il Nyu-Yorkun qubernatoru vəzifəsinə seçkilərdə məğlub olmuşdur. Siyasi cəhətdən o, işçi sinfi tərəfdən çıxış edərək Proqressiv inkişafı dəstəkləyirdi. O, bütün nəşriyyatlarında naşir mövqeyinə və siyasi xəbərlərinin işıqlandırılmasına nəzarəti həyata keçirərək çox güclü siyasi nüfuza sahib idi.

Digər lüğətlərdə