Vaxtanq Qorqasalı heykəli

Vaxtanq Qorqasali heykəliİberiyanın Xosrovidlər sülaləsindən olan çarı Vaxtanq Qorqasalinın şərəfinə ucaldılmış atlı heykəldir. Heykəl Kür çayının sol sahilində, tarixi Metexi rayonu ərazisində, Metexi kilsəsinin qarşısında və Metexi körpüsünün yuxarısında yerləşir.

Vaxtanq Qorqasali heykəli
ვახტანგ გორგასლის ძეგლი
Xəritə
Ölkə Gürcüstan Gürcüstan
Yerləşir Tbilisi
Heykəltaraş Elqudja Amaşukeli
Tikilib 1961
Material bürünc
Saxlanıldığı yer Metexi təpəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaxtanq Qorqasali Gürcüstan tarixinin ən mühüm şəxsiyyətlərindən biri olmaqla, Tbilisinin yaşayış məntəqəsi kimi inkişaf etdirilməsində əlahiddə rol oynamışdır. Onun heykəlinin ucaldığı yerdə əvvəl çar sarayı olmuş və kilsə ilə birlikdə bütün kompleks tarixi Metexi qalası ilə əhatələnmişdir. Lakin Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra sarayın yerində həbsxana inşa edilmiş, kilsə isə cəbbaxana kimi istifadə olunmuşdur.

SSRİ dövründə Metexi kilsəsi və onun ətrafındakı ərazi təmizlənmiş, 1970-ci ildə isə Metexi təpəsi üzərində daş postament üzərində heykəltaraş Elquca Amaşukelinin Vaxtanq Qorqasali heykəli ucaldılmışdır.[1][2]

Metexi təpəsi üzərində hündür saş postament üzərində yerləşən bürüncdən tökmə üsulu ilə hazırlanmış heykəlin üzü Qədim Tbilisi və onun mərkəzi meydanına baxır. Çar at üzərində oturmuş halda təsvir edilmişdir.

  1. "Памятник Вахтангу Горгасали". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-25.
  2. "Памятник Вахтангу Горгасали". 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-25.