Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabir Əlim Xəliloğlu
Sabir Əlim Xəliloğlu (tam adı: Sabir Xəlil oğlu Əliyev; 15 may 1935, Qaracalar, Gürcüstan SSR, ZSFSR, SSRİ – 14 may 2007, Tbilisi) — şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Sabir Xəlil oğlu Əliyev 1935-ci il mayın 15-də Gürcüstanın Qarayazı rayonunun (indiki Qardabani bələdiyyəsi) Qaracalar kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsinə daxil olub. 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1961–1962-ci illərdə ikinci dəfə ADU-nun şərqşünaslıq fəkültəsində təhsil alıb, oranın ərəb tərcüməçiliyi şöbəsini də fərqlənmə diplomu ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrına kimi) Azərbaycan SSR Elmələr Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. 1966-cı ildə "Klassik Azərbaycan şeirinin şəkilləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Füzulinin ədəbi-nəzəri görüşləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1967-ci ildən ömrünün axırına kimi Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib. Doğma kəndi Qaracalarda dəfn olunub.
Nə qədər ki, işıqlar yanır (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. == Süjet == 1998-ci il.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. == Yanıqlar haqqında məlumat == Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. == Həyatı == Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Nevin Yanıt
Nevin Yanıt (16 fevral 1986, Mersin) — 100 metrlik maneələrlə qaçış üzrə yarışan Türkiyə yüngül atleti. Fenerbahçe Athletics klubunda çıxış edir. 60 və 100 metrlik maneələrlə qaçış üzrə Türkiyə rekordlarının sahibidir. 100 metrlik maneələrlə qaçış yarışlarında ikiqat Avropa çempionudur. 29 Avqust 2013-cü ildə Yanıt müsbət dopinq testi səbəbiylə iki il yarışlardan kənarlaşdırılmışdır. Lakin IAAF uzaqlaşdırma müddətinə etiraz etdi və Arbitraj Komitəsi diskvalifikasiya müddətini daha bir ilə qədər uzatdı. == Həyatı == Yanıt 2007-ci ildə Banqkokda keçirilən Yay Universiadasında gümüş medal qazanmışdır. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında 100 metrlik maneələrlə qaçış üzrə yarımfinala çıxaraq, Türkiyənin Olimpiya Oyunlarında sprint növlərində bu mərhələyə çatan ilk təmsilçisi oldu. 2009-cu ildə Peskara şəhərində keçirilən Aralıq dənizi Oyunlarında iştirak edərək 100 metrlik maneələrlə qaçış yarışında qızıl medal qazandı. 2010-cu ildə Barselonadakı Avropa çempionatında o, 100 metrlik maneələrlə qaçış yarışında 12,63 saniyə nəticəsini göstərərək (milli rekord) qızıl medal qazandı.
Yanıq (Həştrud)
Yanıq (fars. يانوق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (84 ailə).
Yanar dağ
Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. == Xüsusiyyətləri == Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir.
Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilir Dünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Yanıq Kərəmi
Yanıq Kərəmi — aşıq havası. "Əsli və Kərəm" dastanı ilə bağlıdır. Poetik mətni qoşmadır. Dilqəmi kökündə ifa olunur. "Yanıq Kərəmi"də kədər, qəm ifadə edilir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). == Toponimikası == Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yazır boyu
Yazır boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ay xanın soyundan gəldikləri qabul edilir. Yazır Əskişəhər, Dənizli vilayətinin Acıpayam rayonunun bir qəsəbəsi və Çal rayonunun kəndi, Yozqat və Çorum bu boyun mənsubları ilə əlaqaləndirəcək şəkildə Yazır kəndi, Çal adını daşımaqdadır. Təkə sancağı (Antalya) Yazır obası sarı və qara olmaqla iki qola ayrılmışdır. Bu bölgələrdə olduqca mühüm yazır topluluqları yerləşmişdir. Antalya-Korkuteli-Yazır Kumluca-Yazır Kayseri-Yazır Finike-Yazır. "Yazır" kəliməsi yurdu geniş mənasında istifadə edilmişdir. Türkmənistanın Ahal vilayətində Yazır boyundan olan türkmənlərin yaşadığı orta əsrlər sənətkarlığına aid Tak-Yazır şəhərinin xarabalıqları qorunmuşdur. Yaşayış məskəni kimi ilk dəfə XI əsrdə Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk əsərində qeyd edilmişdir.
Yanıq xəstəliyi
Yanıq xəstəliyi - geniş sahəli dərin yanıqlar nəticəsində əmələ gəlib, orqanizmin daxili orqanlarının və sistemlərinin funksional pozulmaları ilə müşayiət olunur. == Mərhələləri == Yanıq xəstəliyinin inkişafında 5 mərhələ ayırd edilir. Yanıq şoku Yanıq tokemiyası Yanıq septikotoksemiyası Üzülmə Nəticə === Yanıq şoku === Yanıq şoku yüksək temperaturun bədən səthinə təsirindən dərhal sonra inkişaf edir. Bu mərhələdə ağrı əsas rol oynayır. Yanıq şoku da travmatik şok kimi iki mərhələdən ibarətdir: erektil mərhələ vegetativ sinir sisteminin simpatik şöbəsinin fəallığının artması ilə müşayiət olunur, qana çoxlu miqdarda adrenalin, noradrenalin, kortikosteroidlər, vazopressin keçir; torpid mərhələdə vegetativ sinir sisteminin parasimpatik şöbəsinin tonusu artır. Travmatik şokdan fərqli olaraq, yanıq şokunda damar-hərəki mərkəzin rezistentliyi ilə əlaqədar arterial təzyiq nisbətən az dəyişir. === Yanıq toksemiyası === Yanıq toksemiyası – zədələnmiş toxumalardan ümumi qan dövranına denaturasiyaya uğramış zülalların, toksik məhsulların keçməsi, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Bu zaman əmələ gələn bioloji fəal maddələrin (histamin, bradikinin, prostaqlandinlər) təsirindən damar divarının keçiriciliyi artır, nəticədə yanıq nahiyəsindən çoxlu miqdarda plazma itirilir, qan qatılaşır, özlülüyü artır. Dövr edən qanın həcmi azalır. Bütün bunlar ürəyin işini çətinləşdirir, mikrosirkulyasiya pozulmaları törədir.
Altından Qazıma
Məhəmməd Həmdi Yazır
Elmalılı Məhəmməd Həmdi Yazır (1878, Elmalı, Antalya ili – 27 may 1942, İstanbul), pedaqoq, xəttat, musiqişünas, quran təfsirçisi == Həyatı == Elmalılı Məhəmməd Həmdi Yazır 1877-ci ildə Antalyanın Elmalılı qəzasında dünyaya gəlmişdir. Atası Numan Əfəndi əslən Burdurun Gölhisar qəzasının Yazır kəndindən idi. Numan Əfəndi kiçik yaşlarında Yazır kəndindən Elmalıya gəlmiş, orda oxumuş və Şəriət məhkəməsində baş katibi vəzifəsində işləmişdir. Həmdinin anası Elmalı alimlərindən Mehmet Əfəndinin qızı Fatma xanım idi. İbtidai məktəbi və bugünkü orta məktəblərə uyğun gələn Rüşdiyə mədrəsəsini Elmalıda bitirən Həmdi Əfəndi 1882-ci ildə dayısı Xoca Mustafa Sarılar ilə birlikdə İstanbula gəlmiş və dövrünün alimlərindən Kayserili Mahmud Həmdi Əfəndidən dərs almışdır. İstanbulun digər tanınmış müəllimlərinin dərslərində də iştirak etdikdən sonra 1906-cı ildə "Bəyazid ustadı (professoru)" diplomuna layiq görülmüşdür. Həmin ilki seçkilərdə Antalyadan millət vəkili seçilmiş və İkinci Konstitusiyanın I məclisində 1876-cı il "Qanun-i Əsasi" nin dəyişdirilməsində mühüm rol oynamışdır. 1909-cu ildə Mülkiyə məktəbində "Vəqf və ərazilərə dair ehkamlar" fənnindən dərs demiş və həmin illərdə Qazilər məktəbində Fiqh dərslərini vermişdir. Daha sonra "Dar əl-Hikmə əl-İsləmiyə" yə (Şeyxülislamla bağlı yüksək müşavirə heyəti) üzv, bir müddətdən sonra da həmin quruma sədr seçilmişdir. Birinci dünya müharibəsindən sonra Vəqflər Nazirliyində işləmiş və bu ərəfədə Əyanlar Məclisinin üzvü olmuşdur.
Əlyazmalar yanmır (jurnal)
Əli Məmmədov (alim)
Əli Məmmədov (tam adı: Əli Pənah oğlu Məmmədov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının Baş elmi işçisi, Fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Məmmədov Əli Pənah oğlu 1931-ci il aprel ayının 15-də Qazı-Məhəmməd (indiki Hacıqabul) rayonunun Rəncbər kəndində anadan olub, 1949-cu ildə Nəvahi orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakultəsinə daxil olub və 1953-cü ildə onun “Fizika” şöbəsini bitirib. O, 1953-1956-cı illərdə həmin institutun “Fizika” kafedrasının aspirantı olub. == Elmi fəaliyyəti == Ə.P.Məmmədov 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda laborant, baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. O, 1965-ci ildə “Bəzi monokristallik NaCl əsaslı fosforlarda tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Ə.P.Məmmədov Azərbaycan EA rəyasət heyətinin qərarı ilə 1967-ci ildə optik spektroskopiya və lüminessensiya sahəsində mütəxəssis kimi EA-nın Neft-Kimya Prosesləri İnstitutuna keçib. O, bu institutda 1967-1971-ci illərdə böyük elmi işçi, 1971-2012-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışıb. Hazırda Ə.P.Məmmədov institutun “Spektroskopik analiz” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.
Əli Məmmədov (neftçi alim)
Məmmədov Əli Əhməd oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Məmmədov Əli Əhməd oğlu 1931-ci ildə Azərbaycan Respublikasının Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində anadan olmuşdur. 1961-ci ildə APİ-nun mexaniki fakültəsini fərqlənmə ilə bitirmişdir. 1963–1966-cı illərdə bu institutun aspirantıdır. 1966-cı ildə "Qoruyucu kəmərlərinin süzülmə zonasında möhkəmliyin və dayanıqlığın tədqiqi" mövzusunda namizədlik, 1973-cü ildə isə "Qoruyucu kəmərlərinin pozulmasının qarşısının alınmasının nəzəriyyə və praktikasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1966–1985-ci illərdə Azərbaycan elmi tədqiqat qazıma institutunda böyük elmi işçi, laboratoriya və şöbə müdiri işləmişdir. 1985-ci illərdə AzPİ-nun "Əməyin mühafizəsi" kafedrasının rəhbəri olmuşdur. Hal hazırda "Sənaye ekologiyası" kafedrasının professorudur. 1986–1991-ci illərdə Respublikanın Təhsil nazirliyində ictimai əsaslar üzrə şöbə rəhbəri olub. == Elmi fəaliyyəti == Məmmədov Ə. Ə. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qoruyucu kəmərlərinin süzülmə zonalarının deformasiyası məsələləri; müxtəlif tipli perforatorların səmərəliliyinin tədqiqi; boruların divarlarında çatların əmələ gəlməsinin təhlili; boruların istehsalı zamanı yaranan, gözlə görünməyən çatların təyin edilməsi üçün defektoskopik üsulun tətbiqi; qoruyucu borularının divarının qazıma aləti ilə yeyilməsini nəzərə almaqla hesabat üsulları.
Analar yanar ağlar (film, 1990)
Analar yanar ağlar televiziya tamaşası 1990-cı ildə Azərbaycan televiziyasında istehsal edilmişdir.
Yanar qəlbin ritmləri (film, 1989)
== Məzmun == Film məşhur musiqiçi, cazmen Vaqif Mustafazadəyə həsr olunmuşdur. Burada onun caz kompozisiyaları səslənir. Filmdə V.Mustafazadə barəsində anası Zivər xanım, arvadı Elza xanım, həkim Ələkbər Nəzərov, yazıçı və rejissor Rüstəm İbrahimbəyov, daşkəndli musiqiçi Sergey Qilev, bioloq Tamaz Kuraşvili, xarici ölkə musiqiçiləri onun barəsində söz deyirlər. == Film haqqında == Filmdə V.Mustafazadənin sağlığında çəkilmiş kinoxronikadan, fotoşəkillərdən, şəxsi arxiv sənədlərindən istifadə edilmişdir.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. == Toponimikası == Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. === 2011-ci il === 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Əlix
Əlix — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlix kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 86 nəfər əhali yaşayır.
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Şəmirəm
Şəmirəm - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Kroders Yanis
Kroders Yanis (latış dilində: Jānis Kroders; 2 fevral 1935 — 6 sentyabr 2016, Latviya) — Latviya və sovet basketbolçusu, basketbol hakimi. Latviya basketbol ittifaqının fəxri üzvü . 1950-ci illərin sonlarında Latviyanın "Dauqava" basketbol komandasında oynamış, sonralar hakimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1992-1996-cı illərdə Latviya qadın basketbol liqasının baş hakimi olmuşdur. O, 1967-ci ildə basketbol üzrə dünya çempionu olmuş Silviya Kroder ilə ailə həyatı qurmuşdur.
Yanis Adamsons
Yanis Adamsons (latış. Janis Ādamsons‎: d. 3 noyabr 1956, Preyl rayonu, Latviya SSR) — latviyalı zabit, dövlət və siyasi xadim; Latviyanın daxili işlər naziri (1994—1995); Latviya Seyminin VI (1995—1998), VII (1998—2002), X (2010—2011), XI (2011—2014), XII (2014—2018) və XIII (2018—) çağırış üzvü. == Həyatı == Yanis Adamsons 1956-cı il noyabrın 3-də Preyl rayonunda anadan olub. Yanis Adamsons 1979-cu ildə Kiyev ali hərbi-dəniz siyasəti üzrə təhsil müəssisəsini bitirib.
Yanis Apsitis
Yanis Livens
Yanis Livens (16 aprel 1884 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Livens Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yanis Livens birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Yanis Pratnieks
Yanis Pratnieks (29 iyul 1887 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yanis Pratnieks Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yanis Pratnieks birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Yanis Simze
Yanis Simze (latış. Jānis Cimze‎) — Latviya xor dirijoru, bəstəkar və pedaqoq, Latviya xor musiqisinin banisi. == Bioqrafiyası == O, 1814-cü il iyunun 21-də Livoniya əyalətinin Venden rayonunda yerləşən Simze malikanəsində, mülk müdirinin ailəsində anadan olub. İlk təhsilini 1830-cu ildə bitirdiyi Rauna məktəbində alıb. Rauna və Smiltenedə ev müəllimi kimi çalışır, 1833-cü ildən Volmardakı kilsə məktəbində dərs deyir. 1835-ci ilin payızında o, Vaysenfelsdəki müəllim seminariyasına oxumağa göndərilir, İsveçrə və Avstriyadakı xalq məktəblərinin təcrübəsini öyrənir, Valmierada bunların bənzəri olan seminariya qurmağa hazırlaşır. 1838-ci ildə seminariya kurslarını bitirmiş, F. A. Disterveqdən didaktika və riyaziyyat kurslarında əlavə təhsil almışdır. Elə həmin illərdə o, skripka çalmağı ciddi şəkildə öyrənməyə başlayır, xalq musiqisi məsələləri ilə maraqlanır. Müəllim Lüdviq Erkdən alman folkloru və musiqisini öyrənmişdir. 1839-cu ildən Volmarda, 1853-cü ildən ölümünə qədər isə Valkada müəllimlər seminariyasına rəhbərlik etmişdir.
Yanis Varoufakis
Yanis Varoufakis (yun. Ιωάννης "Γιάνης" Βαρουφάκης Ioannis "Gianis" Varoufakis; 24 mart 1961, Afina) — Yunanıstan iqtisadçısı, ictimai xadim və keçmiş Yunanıstan Maliyyə naziri. 2015-ci il yanvarda parlament seçkilerdə, SYRIZA partiyasını təmsil edərək Yunan parlamentinə seçildi ve iki gün sonra siyasi iqtisadçı ve yazıçı olaraq 27 yanvar 2015 tarixinde Aleksis Tsiprasın yeni hökümetinde işə başladı.
Yanis Varufakis
Yanis Varoufakis (yun. Ιωάννης "Γιάνης" Βαρουφάκης Ioannis "Gianis" Varoufakis; 24 mart 1961, Afina) — Yunanıstan iqtisadçısı, ictimai xadim və keçmiş Yunanıstan Maliyyə naziri. 2015-ci il yanvarda parlament seçkilerdə, SYRIZA partiyasını təmsil edərək Yunan parlamentinə seçildi ve iki gün sonra siyasi iqtisadçı ve yazıçı olaraq 27 yanvar 2015 tarixinde Aleksis Tsiprasın yeni hökümetinde işə başladı.
Yanis Çaqste
Yanis Çaqste (14 sentyabr 1859[…] – 14 mart 1927[…], Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 18 noyabr 1922-ci ildən 14 mart 1927-ci ilə qədər Latviya Respublikasının 1-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Yanis Çaqste, Latviya tarixinin ilk Prezidenti olub.
Alqıma
Təpərəş (Qoşaçay)
Təpərəş (fars. تپه رش‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 644 nəfər yaşayır (151 ailə).
Yasir Ərəfat
Yasir Ərəfat (ərəb. یاسر عرفات‎, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 4 avqust 1929, Qahirə, Misir – 11 noyabr 2004[…]) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparmışdır. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirmişdir. Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxili mübarizə içərisində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda olduğu kimi tez-tez anlaşılmazlıqların ortasında qalmışdır. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi oldu. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.
Qustav Yani
Qustav Yani (mac. Jány Gusztáv; d. 21 oktyabr 1883, Rayka — ö. 26 noyabr 1947, Budapeşt) — İkinci dünya müharibəsi ərzində baş verən Stalinqrad döyüşündə 2-ci Macar Ordusuna rəhbərlik etmiş macar hərbi xadim.
Yair Dalal
Yair Dalal (ivr. ‏יאיר דלאל‏‎; 25 iyul 1955, İsrail) — İraq-Yəhudi mənşəli bir İsrail musiqiçisidir. Onun əsas alətləri ud və skripkadır və o, bəzən müşayiət kimi də oxuyur. Öz musiqisini bəstələyir və ərəb və yəhudi adət-ənənələrini, eləcə də Avropa klassik və hind musiqiləri yardır. O, eyni zamanda bir sülh fəalıdır və ərəblər və yəhudilər arasında anlaşma və ünsiyyəti artırmaq üçün çalışan aktivistdir.
Ağlama divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Mən gəlirəm (mahnı)
Teorem
Teorem (yun. θεώρημα) — doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təklif. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər. Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir . Teoremlərin dörd növü vardır: Düz teorem Tərs teorem Əks teorem Əks-tərs teorem Teoremlərin əks və tərs teoremləri hər zaman doğru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.
Aynur
Aynur — Azərbaycanlı qız adı. Aynur Məmmədova — Taekvondo üzrə 3 qat dünya və 2 qat Avropa çempionu Aynur Sofiyeva — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. Aynur Camalqızı — sabiq deputat, jurnalist, yazıçı, "Gündəlik Teleqraf" MMC-nin direktoru.
Ayğır
Ayğır — yetkin erkək at. Cinsi yetişkənliyinə bir il-ilyarımlıqda çatır, lakin döllük məqsədilə 3 yaşından istifadə olunur. Bir mövsüm ərzində hər ayğıra əl üsulu ilə cütləşdirmədə 35–40, ilxıda cütləşdirmədə 20–25, süni mayalandırmada 500-dək madyan ayrıla bilər. Cavan ayğıra cütləşmək üçün birinci il normanın yarısı qədər, ikinci ildən isə tam norma ilə madyan ayrılır. Yaxşı yemlənən və düzgün istifadə olunan ayğırı 16–18 il cütləşdirmək olar. Döl götürmək üçün, adətən, cins ayğırlardan istifadə edilir. Damazlığa yaramayan ayğır 2–3 illikdə axtalanıb işlək at kimi istifadə olunur.
Canqır
Canqır (fars. جانقور‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndin ətrafı bağlarla əhatə olunub. Kənddə Pəhləvilər dövründə Rza şah üçün iqamətgah da inşa olunmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 916 nəfər yaşayır (223 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Mamır
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20–30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Santr
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Oha deyirəm
Oha deyirəm, (türk. Oha Diyorum) Ərsan Özərin rejissoru və ssenaristi olduğu, 2017-ci il Türkiyə istehsalı komediya filmi. Filmin aktyorları həm də YouTubedə var olan "Oha deyirəm" kanalının qrupudur. == Məzmun == Filmdə Fıratın maşını və qızının şəkilləri olduğu sərt disk oğurlanır. Alpər, Fırat və Məlihdə onlara lazım olan sərt diski qurtarmağa çalışırlar.
Aoşima
Aoşima (yap. 青島) — Yaponiyanın cənubunda Miyazaki prefekturasında yerləşən kiçik ada. Ada Küsü adasının əsas hissəsindən 500 metr şərqdə yerləşir və onunla körpü vasitəsilə birləşir. Adada subtropik botanika bağı yerləşir.
Aquila
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Ümumi == Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Nazima
Nazimə Canibəyova (rus. Назима Жанибекова) (21 oktyabr 1990, Çimkənd), daha çox Nazimə təxəllüsü ilə tanınan (çox vaxt NAZIMA və ya Nazima kimi stilizə olunur) – rus hip-hop müğənnisi.
Kemal Tepret
Yeprem xan
Yeprem xan Davityan (1868, Barsum, Yelizavetpol qəzası – 6 may 1912, Kirmanşah ostanı) — inqilabçı, daşnak == Həyatı == Yefrem Davityans (1868-1912) əslən Azərbaycan ermənisi idi. Yelizavetpol quberniyasının Barsum kəndində doğulmuşdu. Gənc yaşlarında Tiflisə köçmüş, daha sonra Osmanlı türklərinə qarşı vuruşan erməni silahlılarına qoşulmuşdu. Sultan hökumətinin tələbi ilə Tiflisdə həbs olunmuşdu. Sibirə, bəzi məlumatlara görə, Saxalinə sürgün edilən Yefrem Davidyan cəza yerindən qaçaraq Təbrizdə və Gilanda daşnak hərəkatının özəklərini yaratmaq üçün partiyanın qərarı ilə 1896-cı ildə İrana gəlmişdi. Daha sonra Rəştə köçərək, əsasən Qafqazdan mühacirət edən erməni və gürcülərdən ibarət silahlı dəstə yaratmışdı. Məşrutə inqilabı başlanan zaman Təbrizə gəlib Səttar xana qoşulmuş, tezliklə onun etimadını qazanmışdı. Məşrutəçilər sırasında Məhəmmədəli şahın qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirak etmişdi. Rəştdə və İranın bir sıra yerlərində Səttarxan tərəfdarlarını öz sıralarında birləşdirən "Səttar komitəsi" adlı qurumun yaradılmasında fəallıq göstərmişdi. Lakin Yefrem mövqelərini möhkəmləndirərək Tehranın polis rəisi olandan sonra Səttar xanın əleyhdarlarından birinə çevrilmişdi.